18/03/2019 18:39
728 x 90

Paşinyanın arvadının Brüssel səfərinin gizlinləri açılır...

Nikol “sancır”, arvadı jurnalistlərin suallarını eşitməzdən gəlir

img

Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsselə ailəvi səfəri bu ölkədə yeni qalmaqal yaradıb.

Baş nazir isə sözügedən səfər barədə yazılanları bir növ ələ salaraq özünün facebook səhifəsində arvadına müraciətlə yazıb ki, “qospoja Akopyan, KİV-in yazdıqları sizin vecinizə deyil? Axı yazırlar ki, dövlət büdcəsində talan var?”

Yerli mətbuatın Belçikadakı mənbələrinə istinadən yazdığına görə, həmin səfərə Paşinyanın qızı da gedib və bütün dipkorpus səfər müddətində bu ana-qız cütlüyünü əyləndirmək və brend mağazaları gəzdirməklə məşğul olub. Anna Akopyan isə yazılanlara cavabında bildirib ki, brend mağazalara və restoranlara gedişlərində dipkorpus əməkdaşlarının onları müşayiət etməsində əsas məqsəd jurnalistlərdən - kameralardan yayınmaq olub. Üstəlik, Akopyan KİV-i borclu da çıxarıb. Deyib ki, müraciət etsəydilər, onların suallarını məmnuniyyətlə cavablandırardı və büdcəni talamadıqlarını deyərdi. “Sputnik Armeniya” isə onun bu yalanını anında ifşa edib. Bildirib ki, bundan xeyli əvvəl müsahibə götürmək üçün yazılı müraciət etsələr də, indiyə kimi heç bir cavab almayıblar. Amma elə həmin sözü ilə də Akopyan özünü pis vəziyyətdə qoyub. Axı, jurnalist kameralarından yayınmaq üçün bütün dipkorpusu səfərbər etmək hara, jurnalistləri ondan müsahibə götürməməkdə suçlamaq hara?

Jurnalistlər onun başına göydən düşməli idilər?

SAMİRƏ

Son xəbərlər