18/03/2019 18:40
728 x 90

Bakıda işğal altında olan ərazilərlə bağlı beynəlxalq konfrans başladı - FOTO

img

Bakıda "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair" beynəlxalq konfrans işə başlayıb.

Baki-xeber.com-un "Report"-dan aldığı xəbərə görə, konfrans zamanı iştirakçılar işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətlərin qarşısının alınması, üçüncü tərəflərin məsuliyyəti və onların münaqişənin həllinə təsirləri mövzusunda müzakirələr aparacaq.

Konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, YUNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Metşild Rosler, eləcə də bir sıra xarici ekspertlər iştirak edir.

Son xəbərlər