17/02/2019 20:57
728 x 90

Rusiya Ermənistanı bu dəfə dəmir yolu ilə sınağa çəkir

img

Rusiya “Cənubi Qafqaz Dəmir yolları” ZAO-dan imtina etmək niyyətindədir.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır. Bildirilir ki, buna səbəb Ermənistan tərəfinin şirkəti 9,7 milyon ƏDV-ni ödəməməkdə suçlaması və İstintaq komitəsinin şirkətin sərmayələri üzrə araşdırma aparmasıdır. Məhz bu, Rusiya tərəfinin ciddi şəkildə narazı qalmasına gətirib.

Məsələ burasındadır ki, “Rusiya Dəmir Yolları”OAO-nun törəmə şirkəti olan CQDY-nin erməni tərəfinə idarəetməyə verilməsi müqaviləsində göstərilir ki, Rusiya öz öhdəliklərinə birtərəfli qaydada əməl etməzsə, Ermənistan hökumətinə 57.000.000 dollar təzminat ödəməlidir. Erməni tərəfinin fikrincə, məhz bu öhdəliyə əməl etməmək üçün Rusiya tərəfi Cənubi Qafqaz dəmir yolundan imtina etmək niyyətinə düşüb. İndi Ermənistanı qayğılandıran əsas məsələ də bunun həyata keçməsidir, çünki belə olarsa, Ermənistan, elə öz mətbuatının qeyd etdiyi kimi, qatarsız relslərin ümidinə qalacaq.

Son xəbərlər