23/02/2019 05:42
728 x 90

Ermənistanda çörəyin qiyməti yenə qalxdı

img

Ermənistanda çörəyin qiyməti bahalaşmaqda davam edir.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə bu ölkənin “Jamanak” qəzeti yazıb. Qəzet yazır ki, ötən həftə çörəyin qiyməti növbəti dəfə qalxıb və bu, dramın revalvasiyasının göstəricisidir. Belə ki, milli valyuta olan dram dəyərdən düşdükcə unun qiyməti artır. “Bu, məxməri inqilaba qədər də belə olub, ondan sonra da belə davam edir”- deyə qəzet yazır.

Yeni hökumətin ölkədə yoxsulluğun azaldılmasına dair üzərinə öhdəlik götürdüyünü xatırladan qəzet çörəkdən daha çox istifadə edən imkansız təbəqənin bu bahalaşma fonunda getdikcə çıxılmaz duruma düşdüyünü, hökumətin isə hələ bu vəziyyətə susqun qaldığını bildirir.

Son xəbərlər