23/02/2019 05:40
728 x 90

Sabiq vitse-spiker Paşinyanın hakimiyyətdə qaldığı hər günü Ermənistana təhdid adlandırdı

img

Nikolun hakimiyyətdə qaldığı hər gün Ermənistanın maraqlarına təhdiddir.

Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Ermənistan Xalq Məclisinin (parlament) keçmiş vitse-spikeri Eduard Şarmazanov özünün facebook səhifəsində yerləşdirdiyi xalqa müraciətində yazıb.

Erməni hərbçi qrupunun Suriyaya göndərilməsinə etiraz edən sabiq vitse-spiker yazır ki, Nikol Paşinyan hələ baş nazirlik seçkiləri ərəfəsində 17 aprel bə 1 may parlament çıxışlarında qarşıda duran bir nömrəli məsələnin, korrupsiya deyil, təhlükəsizliyə təhdidlər olduğunu bildirirdi. Ölkəsinin geosiyasi maraqların toqquşduğu məkanda yerləşdiyinə diqqət çəkən Şarmazanov deyir ki, Paşinyanın hakimiyyətə gəlişilə Ermənistan daha bir təhdidlə üz-üzə qalıb. Onun sözlərinə görə, həmin tarixdən ölkədə xaotik bir durum başlayıb, əvvəlcə Ermənistan KTMT-da “izqoy”a çevrildi, indi də ordusu özünü yarıtmadığı halda Suriya cəbhəsinə göndərilir. Səngərdə ölən hərbçi barədə həqiqətlər isə cəmiyyətdən gizlədilir.

O deyib ki, ölkəsi “yeriməyi öyrənənlər üçün körpələr evi deyil”.

Son xəbərlər