23/02/2019 05:47
728 x 90

Erməni ordusunda daha bir gizlədilmiş ölüm faktı ortaya çıxdı

img

Ermənistan ordusunda qeyri-döyüş şəraitində hərbçi ölümlərinin səngiməməsi və bunun erməni ictimaiyyətində ciddi narazılıqlar doğurduğu barədə ilk dəfə deyil yazırıq.

Bu kontekstdə Ermənistan ordusunda konkret faktlara dayanan ölüm, intihar və işgəncə halları ilə bağlı xəbərləri elə bu ölkənin öz mətbu orqan və saytları da anında tam təfərrüatı ilə ictimaiyyətə açıqlayıb. Yəni “məxməri inqilab”a qədər bu mövzu ictimaiyyətə qapalı olmayıb.

Bu dəfə isə belə bir ölüm hadisəsinin Yeni il gecəsi baş verdiyi, lakin bu günə kimi ictimaiyyətdən gizlədildiyi ortaya çıxıb. Belə ki, mətbuat hadisədə bu günlərdə xəbər tutub, yəni tam ölünün “40-ı çıxandan sonra”...

Erməni mətbuatının yazdığına görə, yanvarın 1-də səhər saat 4 radələrində sinəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılan və orada ölən şəxs müqavilə üzrə hərbçi, 3 azyaşlı uşaq atası Edqar Qriqoryandır. Maraqlıdır ki, bir aydan xeyli artıq vaxt keçməsinə baxmayaraq, Müdafiə nazirliyi və İstintaq komitəsi onun ölümü ilə bağlı heç bir məlumat verməyib və ölüm faktı ictimaiyyətdən gizlədilib. İstintaq komitəsi fakt üzrə “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açıb. Erməni mətbuatı yazır ki, əvvəlki iqtidarların dövründə orduda ölüm halları ictimaiyyətdən gizlədilməyib və bu şəffaflığın inqilabdan sonrakı “demokratiya dövründə” itirilməsi təəssüf doğurur. Üstəlik, belə bir faktın olması ordudakı hərcmərcliyin Paşinyan dövründə daha eybəcər formada davam etməsindən, konkret “dedovşina” hallarının isə düşmən orduda hələ də “meydan sulamasından” xəbər verir.

SAMİRƏ

Son xəbərlər