23/02/2019 05:43
728 x 90

Hakim gürcü partiyasından qadın deputatın intim videosunun izləri İrəvan həbsxanasına gedib çıxdı

img

Hakim “Gürcü arzusu- Demokratik Gürcüstan” partiyasından olan qadın deputat Eka Beseliyanın intim videosunun izləri İrəvan həbsxanasına gedib çıxıb.

Baki-xeber.com xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Ermənistanın güc strukturları və sosial şəbəkə istifadəçilərilə əməkdaşlıq nəticəsində həmin videonu dövriyyəyə buraxan şəxsi aşkarlayıb. Bu barədə “Sputnik”ə xanım deputatın özü məlumat verib. Onun sözlərinə görə, intim görüntülü qalmaqallı video İnternetdə yanvarın 28-də peyda olub. Gürcü deputat özəl həyatının görüntüləri əks olunan videonun yayılması və saxlanması üzrə bu günə kimi 17 nəfərin saxlandığını, videonu “Youtube”a yükləyən 3 nəfər barəsində isə məhkəmə qərarının gözləndiyini bildirib. Lakin o deyib ki, bu kontekstdə əsas şəxs son günlərə kimi axtarılıb. DİN-in yanvar ayında izinə düşdüyü, özünü Buba Lomtatidze adlandıran həmin şəxsin əslində D.İ olduğu və Ermənistan həbsxanalarından birində qətl cinayəti üzrə cəza çəkdiyi isə elə yanvarın sonlarında aşkarlanıb. Gürcüstan DİN onun 2016-cı ilin noyabrında ölkəni ailəsi ilə birlikdə tərk etdiyini ortaya çıxarıb. Gürcüstan və Ermənistan güc strukturlarının birgə keçirdiyi əməliyyat zamanı həmin şəxsin mobil telefonu digər videoların da olub-olmadığının dəqiqləşdirilməsi məqsədilə götürülüb.

Beseliya özü isə mətbuata bildirib ki, həmin görüntülər 2012-ci ildə, Mixeil Saakaşvilinin dövründə o zamankı müxalifət barəsində kompromat toplamaq məqsədilə çəkilib.

Xanım Beseliya ictimaiyyətə çağırış da edib. O deyib ki, belə çirkin əməllərlə məşğul olanlar cəzasız qalmayacaq və belə hallar yenə baş verərsə, hüquq-mühafizə orqanları üzərinə düşəni edəcək.

Son xəbərlər