23/02/2019 05:46
728 x 90

Respublika partiyası Ermənistan hərbçilərinin Suriyaya göndərilməsinə etiraz etdi:”Beynəlxalq müqavilə olmadan...”

img

Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan hərbçilərinin Suriyaya göndərilməsinə etiraz edib.

Baki-xeber.com-un xəbərinə görə, Aşotyan özünün facebook səhifəsində yazıb ki, bir neçə aydır erməni hərbçi qrupunun Suriyaya göndərilməsi məsələsini araşdırır. Hətta parlamentdə bir neçə dəfə bununla bağlı baş nazir Nikol Paşinyana sual verdiyini və bu məsələnin qanunvericiliyin tələbləri üzrə təşkil olunmasını tələb etdiyini deyən partiya funksioneri bu günə kimi bu suallara heç bir cavab ala bilmədiyini, bir gün isə Müdafiə nazirliyinin erməni hərbi qrupunun artıq Suriyada olduğunu bəyan etdiyini bildirib.

Aşotyan baş verənləri kobud qanun pozuntusu adlandırıb və Paşinyanı siyasi maraqları üzündən qanunları  tapdalamaqda suçlayıb. Bildirib ki, bununla bağlı, hər şeydən əvvəl, Suriya hökumətinin müvafiq müraciəti açıqlanmalı idi. Üstəlik, hərbçi qrupu Suriya ərazisinə heç bir beynəlxalq müqavilə olmadan göndərilib.

Son xəbərlər