23/02/2019 05:42
728 x 90

Erməni siyasi hərbçilərinin Suriyada “xırda pul kimi xərclənməsinə” etiraz etdi

img

Bizim ordumuz və hərbçilərimiz avantürist baş nazirin əlində xırda pul olmamalıdır.

Aysor.am-ın xəbərinə görə, bu sözləri Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan ölkəsinin Suriyaya hərbçi qrupu göndərməsi məsələsinə münasibət bildirərkən deyib. Özünün facebook səhifəsində fikrini müddəalarla əsaslandıran Aşotyan yazır ki, hazırkı hökumət öz qanunsiz hərəkətlərini ört-basdır etmək üçün gətirdiyi bəhanələrin içində getdikcə batır.

Erməni politoloq deyib ki, bu bəhanələr sırasında əvvəlcə guya 2001-ci ildə Suriya ilə Ermənistan Müdafiə nazirlikləri arasında hansısa razılaşmanın imzalandığını bəyan etdilər. Lakin nə sirdisə, indiyə kimi bununla bağlı və ümumiyyətlə Suriya dövlətinin hərbçi xahişi barədə hər hansı rəsmi sənəd ortaya qoyulmayıb. Üstəlik o deyir ki, Suriyaya göndərilən gənclərin həyatı üçün də heç bir təminat yoxdur. Hakimiyyət dairələrinin erməni hərbçilərin Suriyaya göndərilməsi təşəbbüsünün Paşinyana aid olduğunu təsdiqlədiyini bildirən Aşotyan məsələni diqqətdə saxlayacağını və Paşinyanın kimlərəsə xoş gəlməkdən ötrü gəncləri ölümə göndərməsinə göz yummayacağını, onların “avantürist baş nazir tərəfindən xırda pul kimi xərclənməsinə” imkan verməyəcəyini bildirir.

Xatırladaq ki, bu günlərdə Rusiya XİN başçısı Sergey Lavrov İrəvana Suriyaya verdiyi sözügedən dəstəyə görə təşəkkür edib. Görünür, Aşotyan “kimlərəsə xoş gəlmək” deyərkən elə Rusiya tərəfini nəzərdə tutur.

SAMİRƏ

Son xəbərlər