Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
23/02/2019 05:44
728 x 90

İnternetdə təhqirlərin nəzarətə götürülməsinə tələbat artır

Rüfət Quliyev: “Sosial şəbəkələr məsələsinə xüsusi diqqət vermək lazımdır”

img

“Sosial şəbəkələrdə təhqir, böhtan xarakterli məlumatların yayılması, insanların şərəf və ləyaqətinin alçaldılması halları birmənalı şəkildə yolverilməzdir”

“Xaricdə yaşayan bir qrup antimilli şəbəkə sosial şəbəkələrdə Milli Məclisin, dövlət rəhbərliyinin adına ağızlarına gələni yazırlar. Onları oxuyanda insan xəcalət çəkir...”.  Bunu Milli Məclisin bu günlərdə keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib. O qeyd edib ki, təhqirə yol verənlərin qarşısının alınması yolu barəsində fikirləşmək lazımdır: “İnsanlar bilməlidir ki, mentalitet təhqirə yol vermir. Artıq hər şeydən keçiblər. Daxildəkilərlə bağlı tədbir görülməsi üçün qanunvericilik bazasına yenidən baxılmalıdır”.

Sosial şəbəkələrdə təhqir yazanlara qarşı nə kimi tədbirlərin görülə biləcəyini öyrənmək məqsədilə millət vəkili Rüfət Quliyevə müraciət etdik.

O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki,  hazırda hər kəs internetdən istifadə edir: “Demək olar ki, internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ancaq bu o demək deyil ki, sosial şəbəkə vasitəsilə kimisə təhqir edəsən. İstər virtual, istərsə də real həyatda hər şey əxlaq normaları daxilində olmalıdır. Bunun analoqu olaraq, ictimai yerdə özünü apara bilməyənlərə qarşı hansı cəzalar, hansı metodlar tətbiq oluna bilərsə, bunu analoji olaraq sosial şəbəkələrdə də düşünmək olar. Sosial şəbəkələrdə daha çox diqqətli olmalıyıq. Nəzərə almaq lazımdır ki, sosial şəbəkələrdə yazmaqla bütün dünya, Azərbaycanla maraqlanan bütün qüvvələr, güc mərkəzləri, başqa dövlətlərdə əhali haqqında müəyyən fikir yaranır. Mən istəmirəm ki, mənim xalqım barəsində ancaq hay-küy salan, boş mübahisələr aparan bir fikir yaransın. Bu məkanlarda xalqımızın intellekti, gözəl müzakirələri hiss olunmalıdır. Belə olan halda xalq haqqında da yaxşı fikirlər yaranır. Ona görə də sosial şəbəkələr məsələsinə xüsusi diqqət vermək lazımdır”.

Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrdə təhqir, böhtan xarakterli məlumatların yayılması, insanların şərəf və ləyaqətinin alçaldılması halları birmənalı şəkildə yolverilməzdir: “Bu hallara qarşı qanunvericilik səviyyəsində mübarizə aparılması, belə hallara yol verənlərin konkret məsuliyyət daşıması, qanun qarşısında cavab verməsi zəruridir”.

Günel CƏLİLOVA

Son xəbərlər