23/02/2019 05:46
728 x 90

Ermənistanda uşaqlara qarşı ağır cinyətlərin sayı artır

Sevinc Nuruqızı: “Ermənistanda baş verən bu cür cinayət hadisələrinə uşaq hüquqlarının qorunması ilə bağlı mövcud olan beynəlxalq qurumlar göz yumur”

img

Fatimə Hacıbəyli:”Mənəvi-psixoloji cəhətdən böhran keçirən Ermənistan insanı uşaqlara qarşı ağır cinayətlər həyata keçirir”

Hazırda iflic vəziyyətə düşən Ermənistanda sosial-mənəvi böhran da yüksək həddə çatıb. Ermənistan əhalisinin psixoloji durumunu təhlil edən sosial-psixoloji mərkəzlər hesab edir ki, bu ölkədə ciddi sosial problemlər bu ölkənin əhalisinin mənəvi və psixoloji durumuna mənfi təsir gösrərir. Erməni cəmiyyətinin bu vəziyyəti onların uşaqlara yanaşmasında da özünü gizlətmir. Son illər Ermənistanda azyaşlılara qarşı müxtəlif səpkili cinayət hadisələrinin baş alıb getdiyi bildirilir.  

Məlumatlara görə, 2018-ci ildə Ermənistanda azyaşlılara qarşı zorlama, oğurlama və qətl kimi cinayət hadisələri artıb. Azərbaycan mətbuatının Ermənistan İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il uşaqlara qarşı 317 cinayət işi qeydə alınıb. 2017-ci ildə bu göstərici 265 olub.

Qeyd olunur ki, ötən il 41 döymə, 11 zorlama, 16 seksual xarakterli zorakılıq hərəkətləri, 10 oğurluq, 9 ölümlə hədələmə və digər cinayət halları qeydə alınıb.

Tanınmış uşaq yazıçısı Sevinc Nuruqızı bizimlə söhbətində bildirdi ki, Ermənistanda baç verən hadisələr cəmiyyətə də zərbələr vurur. Bu ölkədə uşaqlaraq qarşı cinayətkarlıq hallarının artmasından təəccüblənməyən yazıçı qeyd etdi ki, ermənilər ümumiyyətlə qəddar xalqdır və onlar uşaqlara qarşı həmişə amansız davrana bilirlər. Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin bizim uşaqların başına açdığı müsibətin olduqca tükürpədici olduğunu deyən yazıçı qeyd edir ki, bu da onların qəddarlığının, uşaqlara qarşı amansızlıqlarının göstəricisidir. “Bu gün statistikaya baxsaq görərik ki, Ermənistan zorakılıq hallarının ən geniş yayıldığı bir ölkədir. Burada uşaqlara qarşı zorakılıq edilir, onların döyülməsi, başqa yollarla incidilməsi adi hala çevirilib. Bilirsiz, ilbəil orada uşaqlara qarşı törədilən cinayətlərin sayı durmadan artır. Bura oğurluq, zorakılıq, döymə və s. daxildir. İş burasındadır ki, Ermənistanda baş verən bu cür cinayət hadisələrinə  uşaq hüquqlarının qorunması ilə bağlı mövcud beynəlxalq qurumlar göz yumur. Halbuki, onların Ermənistanda olan əməkdaşları, yaxud əgər varsa  Ermənistanda fəaliyyət göstərən uşaq hüquqlarını qoruyan təşkliatlar bu ölkədə uşaqlara qarşı günü-gündən artan cinayət hadisələri, zorakılıq halları ilə bağlı mübarizə aparmalıdır. Lakin göründüyü kimi, bu istiqmətdə orada heç bir iş görülmür”-deyə yazıçı bildirdi.  

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli də hesab edir ki, Ermənistanda uşaqlara qarşı törədilən müxtəlif xarakterli cinayət hadisələrinin törədilməsi birbaşa Ermənistan cəmiyyətinin psixiloji-mənəvi durumu ilə bağlıdır. “O ölkələrdə uşaqlara qarşı zorakılıq halları, cinayət hadisələri baş verir ki, həmin ölkələrdə cəmiyyətin mənəvi-psixoloji vəziyyəti böhran içində olur. Ermənistan cəmiyyətində bu mənada ciddi böhran var. Bu ölkədə uşaqlara qarşı cinayət hadisələrin artmasını birbaşa rəsmi qurum açıqlayıb. Demək, orada bu sahədə vəziyyət kritikdir. Ermənistan İstintaq Komitəsinin yaydığı xəbərə görə, bu ölkədə  uşaqlara qarşı 317 cinayət işi qeydə alınıb. 2017-ci ildə bu göstərici 265 olub. Fikir verin ki, 2017-ci ildə bu rəqəm 265 nəfəri göstərirsə,  2018-ci ildə 317 ağır cinayət hadisəsindən danışılır. Bütün bunlar onu göstərir ki, mənəvi-psixoloji cəhətdən böhran keçirən Ermənistan insanı uşaqlara qarşı ağır cinayətlər həyata keçirir. Bu cinayətlərin tərkibi isə çox genişdir. Bu ölkədə uşaqların döyülməsi, seksual zorakılığa məruz qalması, oğurlanması, ölümlə hədələnməsi adi hala çevirilibsə, bu, Ermənistan hökümətinin yarıtmaz sosial siyasətinin nəticəsdir”-deyə F.Hacıbəyli qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər