23/02/2019 05:43
728 x 90

Paşinyanın “bərbər-müşavir”indən xəbər var...

img

Ermənistanda inqilabçı Nikol Paşinyanın hakimiyyətə gəlişinin ardından onun arvadı Anna Akopyanın tam bir entuziazmla ölkəsinin siyasi həyatına atılması barədə çox yazmışıq. Hətta onun təcavüzkar ölkənin nümayəndəsi olduğunu “unudaraq” rus qadınlarını başına toplayıb Azərbaycanın işqal altında saxladıqları ərazilərinə gələrək “sülhü təşviq etməsini” də xeyli “vəsf eləmişik”.

Sanki bundan sonra erməni “first lady”si bir qədər kölgəyə çəkildi, lakin bu uzun sürmədi və Anna Akopyan bu dəfə öz şəxsi bərbəri Sofya Navasardyanı Baş nazirin müşaviri (?) vəzifəsinə təyin etdirməklə gündəmə gəldi. Bu aspektdə tənqidləri isə ona elə öz mətbuatı yağdırdı və bundan sonra Paşinyanın “bərbər-müşaviri” yoxa çıxdı.

Bu günlərdə isə xanım Navasardyan yenidən erməni mətbuatının gündəminə gəlib. “Politik.am” saytı  yazır ki, adı rəsmi qurumun saytından çıxarılan bərbər sən demə əslində işdən çıxarılmayıb, sadəcə başqa vəzifəyə keçirilib.  Özü də bu vəzifə Paşinyanın eks-müşaviri üçün xüsusi təsis olunub. Vəzifə isə belə adlanır:”Baş nazir administrasiyasının mərasimlər şöbəsinin məsləhətçisi”. Sayt yazır ki, beləliklə bərbər Navasardyan büdcədən aylıq məvacib alır, əsl vəzifəsi isə Anna Akoplanla dünyanı gəzib onun saçlarına buqudi qoymaqla bitir.

Sayt elə məqalənin adını da belə qoyub:”Dövlət büdcəsi hesabına biqudi əməliyyatı...”

SAMİRƏ

Son xəbərlər