23/02/2019 05:39
728 x 90

ABŞ dövlət katibindən məsuliyyətsiz addım: Pompeo Türkiyəni “ikiyə böldü”...

img

ABŞ dövlət katibi Mayk Pompeo özünün mikrobloquna Türkiyəni ortadan ikiyə bölünmüş şəkildə göstərən xəritə yerləşdirib.

Baki-xeber.com-un Türkiyə mətbuatından aldığı xəbərə görə, sözügedən xəritə ilə Pompeo Cənubi Qafqaz ölkələrinə də “ilişib”. Belə ki, bu regionda yerləşən ölkələrin dövlət sərhədləri də həmin xəritədə “yerdəyişməyə uğrayıb”.

Maraqlıdır ki, həmin xəritədə Venesuelanın müvəqqəti prezidenti Xuan Huaydonu dəstəkləyən ölkələr də yer alıb.  ABŞ dövlət katibinin tutduğu posta rəğmən ciddi məsuliyyətsizlik sayıla biləcək bu hərəkətilə hansı mesaji verdiyi bilinmir. Lakin istənilən halda bu, yüksək görəv sahibi birinə yaraşmayan hərəkət olduğu üçün təəssüf doğurur.

Son xəbərlər