24/01/2019 09:07
728 x 90

Ermənistandakı xunta rejiminə “demokratiya” donu geydirən beynəlxalq təşkilatların məsuliyyəti müəyyənləşdirilməlidir...

Akif Nağı:“Sirr deyil ki, onları beynəlxalq erməni qurumları maliyyələşdirirdi”

img

“Əgər doğrudan da beynəlxalq qurumlar məsələlərə obyektiv yanaşmaq istəyirsə, bütün ölkələrə eyni gözlə baxırlarsa...”

 

 “Prezident çox maraqlı və vacib məqama toxunub. Bəzi aparıcı dövlətlər, beynəlxalq təşkilatlar ağızdolusu danışırlar ki, Ermənistanda demokratiya bərqərar olub. İndi həmin qurumlar və ölkələr  Köçəryanın, Sarkisyanın dövrünü tənqid edirlər ki, onların Ermənistana rəhbərliyi dövründə qanun pozuntuları baş verib, seçkilər saxtalaşdırılıb və s. Halbuki, həmin təşkilatlar Köçəryanın da, Sarkisyanın da atdığı bütün addımları təqdir edirdilər. 2008-ci ilin martında beynəlxalq təşkilatların, dünyanın gözü qarşısında  Ermənistanda insan təlafatı olmuşdu.  Heç o vaxt bu məsələni həmin qurumlar dilə gətirməmişdilər, hadisələrə göz yummuşdular. Hadisənin üstündən 11 il keçib və bu məsələni indi gündəmə gətirirlır ki, Ermənistanda cinayət törədilib, insan tələfatı baş verib. Vaxt gələcək, o qurumlar təriflədikləri Paşinyan rejiminin də törətdiyi çirkin əməlləri etiraf etməli olacaqlar. Yəni parlament seçkilərində saxtakarlığa yol verilib, seçicilərin səsləri saxtalaşdırılıb. Düşünürəm ki, hazırda beynəlxalq təşkilatların bu məsələyə münasibət bildirməsi çətindir. Amma hakimiyyətdaxili mübarizənin nəticəsində Sarkisyana, Ohanyana qarşı ittihamlar irəli sürülüb. Köçəryanın həbsi haqqında da bilirik. Bu şəxslərlə bağlı müəyyən qədər ölçü götürülməyə başlanıb. Ancaq hesab edirəm ki, bu azdır. Beynəlxalq səviyyədə son 15-20 il ərzində Ermənistanda baş verən hadisələrə, qanunsuz hərəkətlərə  qiymət verilməlidir. 1998-ci ildəki çevirilişə, 1999-cu ildə parlamentin gülləbaran edilməsinə, 2008-ci ilin mart hadisələrinə beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməlidir. Bu gün Ermənistanda xunta rejimi zamanı baş vermiş qanlı olayların araşdırılması üçün beynəlxalq komissiya yaradılmasına ciddi ehtiyac var. Çünki Ermənistanda gedən proseslır müəyyən qədər ümumiləşdirilə bilər ki, bunlar beynəlxalq hüquqa zidd olan məsələlərdir. Hətta orada siyasi rəqiblərə qarşı terror izləri dı görsənir. Bu hadisələr beynəlxalq komissiya tərəfindən araşdırılmalı, tədqiq edilməlidir, həqiqət üzə çıxarılmalıdır”.

Bunu “Bakı-Xəbər”ə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ermənistanda mövcud olmuş xunta rejiminin bu ölkədə keçirilən seçkilərin saxtalaşdırılmasına dəstək olan beynəlxalq dairələrin rəsmi nümayındələrinin də ifşa ediməsinə və onların cinayəıt məsuliyyətinə cəlb edilməsinə münasibət bildirərkən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O qeyd etdi ki, Ermənistanda baş vermiş məlum hadisələrin araşdırılması üçün beynəlxalq tərkibli komissiya yaradılarsa, həmin komissiya Ermənistandakı xunta rejiminin seçki saxtakarlığına dəstək olan beynəlxalq qurumların rəsmilərinə qarşı da  cinayət məsuliyyətinin müəyyən edilməsini reallaşdıra bilər. “Həmin komissiya yaradıldıqdan sonra sözügedən  beynəlxalq təşkilatların nümayəndələrinin Ermənistandakı xunta rejiminin həyata keçirdiyi saxtakarlığa “demokratiya” donu geydirməsinin gerçək səbəblərini üzə çıxaracaq. Hətta həmin təşkilatlar seçki və digər məsələlərdə Ermənistanı Azərbaycana “nümunə” də göstərirdilır. Hansı beynəlxalq qurumların ki, rəsmi nümayəndıləri Ermınistandakı seçki saxtakarlığına göz yumub və yalan, saxtakarlıq dolu hesabatlar yazıb hazırlayıblar, həmin şəxslərin fəaliyyəti ciddi araşdırılmalıdır. Niyə onlar üçün belə hesabatlar hazırlayıblar, niyə Ermənitandakı xunta rejiminə dıstək veriblər, niyə bu rejimin qanunsuz hərəkətlərini müdafiə ediblər, nəmənnaları nədən ibarət idi? Bütün bunlar tədqiq olunmalıdır. Sirr deyil ki, onları beynəlxalq erməni qurumları maliyyələşdirirdi. Sözsüz ki, burada ciddi korrupsiya elementləri var. Doğrudan da beynəlxalq qurumlar məsələlərə obyektiv yanaşmaq istəyirsə, bütün ölkələrə eyni gözlə baxırlarsa, bu ölkədə baş vermiş hadisələrlə bağlı komissiya yaradıb tədqiqat aparmalıdırlar. Həm Ermənistandakı xunta rejiminin nümayəndələrinin, həm də onların cinayət əməllərinə “demokratiya” donu geydirib tərifləyən beynəlxalq təşkilatların rəsmilərinin məsuliyyəti müəyyənləşdirilməlidir”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA

 

Son xəbərlər