23/01/2019 18:25
728 x 90

Qazaxıstanda ermənilərin etnik münaqişə cəhdi “suya düşdü”...

img

Artıq xəbər verildiyi kimi, Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərindəki “Drevniy Rim” restoranında erməni və qazax gənclər arasında dava düşüb, nəticədə 23 yaşlı qazax gənc aldığı bıçaq yarasından dünyasını dəyişib, daha iki nəfər bıçaq xəsarəti ilə xəstəxanaya qaldırılıb. Sözügedən qanlı olay şəhərdə etiraz aksiyalarının başlamasına rəvac verib.

“Vestnikkavkaza” saytının məlumatına görə, hadisənin 9 iştirakçısı, o cümlədən Rusiyaya qaçmış erməni əsilli Narek Qururyan artıq gözaltına alınıb. Hadisənin maraq doğuran tərəfi isə ölkə rəhbərliyinin baş verənlərə ləng reaksiya verməsidir. Belə ki, olaydan 8 gün sonra Qazaxıstan daxili işlər nazirinin müavini jurnalistlər üçün keçirdiyi brifinqdə hadisənin məişət zəminində baş verdiyini deyib və baş verənlərə siyasi don geyindirilməməsinə çağırıb. Nazir müavini Qururyanın hadisənin əsas iştirakçısı kimi Qazaxıstana ekstradisiya ediləcəyini də bildirib.

Qazaxıstanda Risqlərin qiymətləndirilməsi qrupunun rəhbəri Dosım Satpayev sayta açıqlamasında deyib ki, Karaqandada ilk dəfə deyil ki, bu tip hadisə baş verir, lakin hər dəfə belə insidentlərin qorxulu nəticələrindən diasporların anlayışlı yanaşması səbəbilə qaçmaq mümkün olub. Satpayev bu dəfə də məsələnin yoluna qoyulacağına inandığını deyib və Qazaxıstandakı “Erebuni” erməni mədəniyyət mərkəzinin rəhbəri Artur Navasardyanın baş verənlərlə bağlı müraciətini diqqətə çatdırıb.

Lakin Karaqanda olayları ətrafında baş verənlərin ən maraqlı tərəfi Qururyanın vətəndaşı olduğu Ermənistanın rəhbərliyinin olaya münasibəti olub. Belə ki, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və Ermənistan XİN baş verənlərə münasibət bildirsə də, bu münasibətin etiraz aksiyalarında Qazaxıstanda ermənilərin guya genosidə məruz qalması kimi provokativ çağırışların ardından bildirilməsi xeyli suallara yol açıb.

Diqqət edin: davada qazax gənc dünyasını dəyişir, lakin ermənilər guya burada özlərinin genosidə məruz qaldıqlarını dünyaya car çəkməyə çalışır, məhz bunun ardından isə Ermənistan hökumətinin rəhbərləri “dövrəyə girir”. Sizcə də maraqlı deyilmi?..

SAMİRƏ

Son xəbərlər