24/01/2019 09:06
728 x 90

Paşinyan “Qazprom” məyusluğunun ardından İran qazına göz dikdi

img

Ermənistan İran tərəfilə “mavi yanacaq” müzakirələrini davam etdirir.

Baki-xeber.com-un xəbərinə görə, bunu Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.

Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, İran qazının ölkəyə gəlməsi gündəmdədir və danışıqlar qiymət məsələsində ortaq sərfəli razılığa gəlinənə kimi davam edəcək. Paşinyan onu da deyib ki, bununla yanaşı, İrəvan Rusiya tərəfilə də tariflə bağlı müzakirələri davam etdirir. Sosial şəbəkələrdə bu mövzuda gedən müzakirələrə diqqət çəkən Paşinyan deyib ki, Ermənistan hökuməti Rusiya ilə qaz nəqli danışıqlarını hələ ki, uğursuz saymır və məsələnin uzunmüddətli həlli üçün bu danışıqları davam etdirmək niyyətindədir.

Xatırladaq ki, dekabrın 31-də “Qazprom”un mətbuat xidməti ölkə ərazisində qiymətlərin sabit qalacağı, ölkə hüdudlarından kənarda isə qaz tariflərinin dəyişəcəyi barədə açıqlama yayıb. “Qazprom”dan o da bildirilib ki, törəmə şirkəti “Qazprom-Armeniya” bundan sonra qazın min kubmetrini 150 deyil, 165 dollardan alacaq.

Son xəbərlər