24/01/2019 09:20
728 x 90

ABŞ-da tarixi əsərlərimiz çap olundu...

img

ABŞ-da tarixi əsərlərimiz çap olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ili “Cumhuriyyət ili”elan edib. Bu münasibətlə 2018-ci ildə Azərbaycan tarixçiləri bir sıra əsərlər yazıblar.
Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun (İsmayıl bəy Zərdablı) 2 kitabı Amerika Birləşmiş Ştatlarında (Şimali Korolina Ştatının paytaxtı Raley şəhərində) nəfis tərtibatla çap olunub. Kitablardan biri “Azərbaycanın etnik və siyasi tarixi”, digəri isə “Azərbaycanın tarixi xəritələri” adlanır. Kitabları ingilis dilinə AMEA-nın əməkdaşı Fatma Fərəcova tərcümə edib. Əsərlərin redaktoru isə Maykl Brannokdur.

ABŞ-da tarixi əsərlərimiz çap olunub.

Azərbaycan xalqı çox zəngin tarixə və mədəniyyətə malikdir. Ona görə də dünya xalqları Azərbaycanın tarixini öyrənməyə maraqlıdır. Prezident İlham Əliyev tariximizin dünyaya yayılmasına xüsusi diqqət verir. Təsadüfi deyil ki, 2015-ci il 15 dekabrda AMEA-nın 70 illik yubileyində cənab Prezident söylədiyi nitqdə bu məsələ haqqında geniş danışıb.
Bu baxımdan professor İ.Məmmədovun əsərləri tariximizin dünyada yayılmasına xidmət edir. Bu kitablarda Azərbaycanın etnik və siyasi tarixi ən qədim zamanlardan bugünkü günümüzə qədər izlənir.
Professor bu əsərlərdə eramızdan əvvəlki minillikdə ölkəmizin ərazisində türk mənşəli tayfaların yaşamaları və Azərbaycan xalqının yaranması haqqında geniş məlumat verir.

ABŞ-da tarixi əsərlərimiz çap olunub.
ABŞ-da çap edilən bu əsərlərdə qədimdən bu günə qədərki Azərbaycam dövlətləri haqqında, həmçinin bizə məlum olan ilk Azərbaycan hökmdarı Udakidən (Manna dövlətinin hökmdarı b.e.ə. 829-785) hazırkı Prezidentimiz İlham Əliyevə qədərki dövlət başçıları barədə məlumatlar çoxdur.

Son xəbərlər