Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
24/01/2019 09:06
728 x 90

Gömrük Akademiyası Həmrəylik və Yeni il bayramlarını qeyd etdi

img

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə geniş bayram tədbiri keçirilib.

DGK-nın İctimaiyyətlə əlaqələr şöbəsindən “Bakı xəbər”ə verilən bilgiyə görə, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.  

Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov Azərbaycan tarixinin ən dəyərli bayramlarından biri olan Həmrəylik gününün tarixindən danışaraq, bu günün xalqımızın təşəkkülündə, inkişafında və formalaşmasında birləşmə, birlik ideyalarının mənəvi əsasını qoyan bir bayram olduğunu deyib. Məhz ulu öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə aldığını və dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildiyini deyən Qulu Novruzov növbəti dövrdə bu bayramın ümumxalq bayramına çevrildiyini qeyd edib. Akademiya rəisi bu əlamətdar hadisənin mahiyyətinin, tarixinin, eyni zamanda dəyərinin gənclərimiz üçün çox vacib olduğunu deyib. Hazırda bu bayramın müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla  birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

2018-ci ilin Azərbaycan tarixində bir sıra mühüm hadisələrlə yadda qaldığını vurğulayan Qulu Novruzov Prezident İlham Əliyevin rəhbərliyilə dövlətimiz tərəfindən siyasi, iqtisadi və digər sahələrdə uğurların davam etdirildiyini deyib.

Yola saldığımız ilin Akademiyanın fəaliyyəti ilə də bağlı yaddaqalan olduğunu və bu il ilk məzunlarını yola salan Akademiyanın ili uğurla başa vurduğunu bildirən Akademiya rəisi ali təhsil müəssisəsini bitirən məzunların bir hissəsinin hazırda gömrük orqanlarında, Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarında çalışdıqlarını da vurğulayıb. Qulu Novruzov növbəti illərdə Akademiyanın daha çox uğurlara imza atacağına əminliyini ifadə edib. Akademiya rəisi qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Akademiyanın kollektivini, professor-müəllim heyətini və tələbələrini təbrik edib, onlara yeni ildə müvəffəqiyyətlər arzulayıb.

Sonra “Milli birlik və azərbaycançılıq ideyaları bu gün də uğurla davam etdirilir” mövzusunda Akademiyanın rəis müavini, gömrük xidməti polkovniki Şəmsəddin Abışovun məruzəsi dinlənib.

Tədbirdə tələbələrin ifasında şeirlərdən ibarət səhnəciklər və ədəbi-bədii kompozisiya təqdim olunub.

 

 

Son xəbərlər