11/12/2018 11:44
728 x 90

MDB-nin zirvə görüşündə Azərbaycan Prezidenti və erməni Baş nazir kimlərin əhatəsində göründü...

Kimin kim olduğunu şəkillər deyir...

img

Artıq xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvətilə MDB ölkələri dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Sankt-Peterburqa səfər edib.

Təbii ki, həmin zirvəyə MDB üzvü olaraq təcavüzkar Ermənistanın da dövlət başçısı dəvət olunub, amma... Əmmasını rəsmi xəbərləri müşayiət edən fotolar aydın göstərir. Təqdim etdiyimiz fotoya siz də baxın: Azərbaycanın dövlət başçısı İlham Əliyev cənab Putinlə Qazaxıstan prezidenti Nazarbayevin əhatəsində əyləşib. Lukaşenko da yaxındadır və üz ifadələrindən bu görüşdən xeyli məmnun olduqları aydın görünür. Bir də Ermənistan rəhbəri Nikol Paşinyana nəzər salın: küncə qısılmış, yanında yalnız cangüdəni, üzündəki ifadədən isə danışmağa dəyməz. Sanki onu orda zorla oturdublar və bu da ondan xəbər verir ki, Paşinyan qəbulda gözlədiyi diqqəti görməyib, o üzdən də anasından küsmüş uşaq kimi pörtmüş vəziyyətdə qalıb. Bütün bunlar isə Rusiya rəhbərliyi üçün Azərbaycan prezidenti ilə Ermənistan dövlət başçısı arasında fərqin real təcəssümü sayılmalıdır. Çünki belə rəsmi qəbullarda nə yerlər, nə də insanlar təsadüfi seçilmir, yəni hər kəs layiq olduğu yerdə və insanların əhatəsində yerləşdirilir. Üstəlik, Rusiya rəhbərliyinin Azərbaycan prezidentinə hər zaman yüksək diqqət ayırması və dostcasına münasibət sərgiləməsi yeni bir şey deyil və Paşinyanın pərtliyinin əsas səbəbinin daha çox bununla bağlı olduğu şəksizdir. Lakin Paşinyan anlamalıdır ki, Azərbaycan prezidenti kimi istər Rusiyanın, istərsə də Qərbin dəyər verdiyi biri olmağı bacarmaq böyük siyasi istedad, səriştə və diplomatik bacarıq tələb edir ki, bu keyfiyyətlərin Paşinyanda olmadığı onun hər iki super dövlətlə aparmağa çalışdığı siyasətdən bəllidir. Onun vəziyyətinin real təsvirini isə elə erməni siyasətçilərdən biri çox düzgün verib, bildirib ki, Baş nazir olsa da, Paşinyan hələ də küçə eyforiyasından çıxa bilməyib və özünü meydan qəhrəmanı kimi hiss edir.

Beləliklə, məhz bu zirvədən sonra Ermənistan Baş nazirinin Qərbə daha çox meyllənməsi də gözlənilən sayılmalıdır. Lakin Rusiyadan da əlini üzmək istəməməsi bir məşhur atalar məsəlini yada salır: iki tərəfə baxan çaş qalar...

Samirə SƏFƏROVA

 

 

Son xəbərlər