
Milan görüşündə Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşləri davam etdirməklə bağlı razılıq əldə olunub.
Baki-xeber.com-un xəbərinə görə, tərəflər formalaşdırılmış dinamikanı saxlamaqla təmasları davam etdirməyi qərara alıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüblər. XİN rəhbərlərinin görüşü ATƏT MQ həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin müşayiətilə keçirilib. E.Məmmədyarovun erməni həmkarı ilə sayca üçüncü görüşü tərəflərin mövqeyi və problemə yanaşması ilə detallı tanışlıq xarakteri daşıyıb.