11/12/2018 11:43
728 x 90

Qondarma rejimin qondarma “ombudsman”ından maraqlı etiraf: Azərbaycan əsirlərlə onlar kimi davranmır...

img

Ermənilərin Azərbaycanda qurduğu qondarma rejimin “ombudsman”ı Artak Beqləryan özü də fərqində olmadan Azərbaycanın hərbi əsirlərlə bağlı siyasətini tərifləyib.

Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, Azərbaycan tərəfinin “hamının hamıya” prinsipi əsasında əsirlərin dəyişdirilməsi ilə bağlı təklifini şərh edən Beqləryan Bakıda mühakimə olunan Arsen Baqdasaryanın əslində heç bir sıxıntıya məruz qalmadığını, hətta kefinin yerində olduğunu bildirib. Onun sözlərinə görə, noyabrın 26-da Azərbaycan mətbuatında dərc olunan, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Paşinyana ünvanlanmış məktubunda Baqdasaryan özü də əsir həyatı yaşadığından, Ermənistanın əlində olan azərbaycanlı əsirlərin hansı hissləri keçirdiyini anladığını yazıb və ölkəsinin rəhbərliyini humanizmə dəvət edib.

Erməni əsirin yazdıqlarını yalan adlandıran qondarma “ombudsman” deyib ki, bu il fevralın 27-də Azərbaycan mətbu orqanı Arsen Baqdasaryan haqqında videomaterial yayıb ki, həmin videomaterialda erməni əsirin kefinin yerində olduğu aşkar görsənib. “Arsen Baqdasaryan azərbaycanca şeir deyir, türmədə onun üçün yaradılan komfortdan danışır, zorakılığa məruz qalmadığını bildirirdi” – deyən Beqləryan özü də bilmədən iki ölkə arasında əsirlərə münasibətdə fərqi göstərmiş olub.

Son xəbərlər