11/12/2018 11:42
728 x 90

Beynəlxalq Gimnastika Federasiyasının Konqresinin Bakıda keçirilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinin Bakıda keçirilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir.

img

"Trend"-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə bildirib.

A.Rəhimov qeyd edib: "Biz çox şadıq ki, gimnastika üçün çox vacib olan bu tədbir Bakıda keçirilir:

“Gördüyünüz kimi, bütün tələb olunan məsələləri Azərbaycan Gimnastika Federasiyası yüksək səviyyədə həll edib və Konqres çox yüksək səviyyədə keçirilir. Sözsüz ki, bu tədbirin Bakıda keçirilməsi təsadüfi deyil. Ona görə ki, son illər Azərbaycanda gimnastika ilə bağlı böyük nailiyyətlər əldə olunub, müasir infrastruktur yaradılıb, dünyanın mühüm yarışları məhz Azərbaycanda keçirilir, Azərbaycan idmançıları daim dünya idmançılarının onluğundadır və çox yüksək nəticələr göstərirlər”.

Nazir əlavə edib ki, gimnastika idman növünə Azərbaycanda böyük maraq var: “Biz görürük ki, böyük yarışlardan sonra valideynlər uşaqlarını idmana gətirib yazdırırlar. Bütün bunlar ilk növbədə idmanın kütləviliyinə, idmanın inkişafına çox böyük töhfə verir”.

Son xəbərlər