11/12/2018 11:46
728 x 90

Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Gimnastika Federasiyası bütün tədbirlər üzrə dünyada ən fəal quruma çevrilib

img

Azərbaycan Gimnastika Federasiyası (AGF) bütün tədbirlər üzrə dünyada ən fəal quruma çevrilib, çünki müxtəlif gimnastika növləri üzrə böyük yarışlar məhz Bakıda keçirilir. Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) vitse-prezidenti Nelli Kim Bakıda FİG İcraiyyə Komitəsinin iclası çərçivəsində deyib.

N.Kim Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya heyranlıq duyduğunu bildirib: “O, ölkənin Birinci vitse-prezidenti olmaqla yanaşı, təkcə Azərbaycanın deyil, dünya gimnastikası üçün də vaxt tapır. O, unikal qadındır”.

FIG-in vitse-prezidenti vurğulayıb ki, AGF-nin kollektivi böyük olmasa da, nəhəng iş görür.

O, həmçinin Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbovun işini yüksək qiymətləndirib: “Fərid çox yaxşı işləyir. Onun qaldırdığı məsələləri çox bəyənirəm, bu, Federasiyamızın işini də səmərəli edir, çünki problemləri müzakirəyə çıxarmaq və həll etmək lazımdır”.

Xanım N.Kim qeyd edib ki, Bakıda keçiriləcək Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresinin əsas məqsədlərindən biri FIG-in Nizamnaməsinə dəyişikliklər edilməsidir: “Bu, bizim fəaliyyətimizi müəyyənləşdirən əsas sənəddir. Nizamnaməyə ediləcək dəyişikliklər və Konqresdə qəbul olunacaq qaydalar əsasında 2020-ci il seçkiləri keçiriləcək. Bu, tarixi Konqresdir, tədbirin gedişində kifayət qədər çətin müzakirələr aparılacaq, çünki gündəlikdəki məsələlərə müxtəlif yanaşmalar olacaq”.

FIG-in vitse-prezidenti onu da əlavə edib ki, Konqresdəki əsas mövzulardan biri parkurun gimnastika növləri sırasına daxil edilməsi olacaq, amma bu məsələ qapalı müzakirə olunacaq.

Son xəbərlər