25/09/2018 21:50
728 x 90

Azərbaycanlı baş redaktorlar III Dünya Köçəri Oyunlarını izləyirlər - FOTO

img

Qırğızıstanda keçirilən III Dünya Köçəri Oyunları davam edir. SİA-nın məlumatına görə, İssık-Kul gölünün sahillərində təşkil edilən oyunlarda dünyanın 60-dan artıq ölkəsindən 3 minə yaxın idmançı iştirak edir. Onlar idmanın 37 etnik növü üzrə yarışlarda mübarizə aparırlar.

Oyunların gedişatını Azərbaycanın tanınmış media orqanlarının rəhbərləri də izləyirlər. Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaq kimi dəvət olunan Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid müxtəlif idman növləri üzrə yarışlara baxırlar. Tanınmış baş redaktorlar Azərbaycan idmançıları, nümayəndə heyətimizin üzvləri, müxtəlif ölkələrin rəsmiləri, atlet və məşqçi heyəti ilə görüşlər keçirirlər.

Son xəbərlər