19/07/2018 04:01
728 x 90

Gəncədə qətl törədən şəxsin daha bir ağır ölüm faktı üzə çıxdı

img

Gəncədəki məlum hadisədən sonra facebook səhifəsində “qardaşlar, silahlanın, polis öldürməyin vaxtı çoxdan yetişib, silahlı birlik yarada bilsək, onda bizi zəfər gözləyir”, “yalnız və yalnız bir yumruq kimi birləşib polislərin dərsini vermək lazımdır, ölüb öldürməkdən qorxmaq lazım deyil” yazmış Mahir Bəyalıyevin daha bir ağır kriminal əməli üzə çıxıb.

Baki-xeber.com hüquq-mühafizə orqanlarından əldə etdiyi fakta əsasn xəbər verir ki, adıçəkilən şəxs bu yazısından bir gün sonra keçmiş həyat yoldaşı Samirə Bəyalıyevanı Ağsuda kirayə yaşadığı evdə bıçaqla qətlə yetirib.

Sözümüz bu çağırışlardan dəngəsini itirən bəzi şəxslərədir:baxın, sizi sosial şəbəkələrdə məmurları öldürməyə, küçələrə tökülüşüb təxribatlar törətməyə çağıranların hansı qafa sahibi olduğunu görün və nə qədər gec deyil, sonu uçurum olan bu yoldan çəkilin. Bu dövlət günahını dərk edib haqq yoluna qayıdanların da yanındadır...

Son xəbərlər