19/07/2018 04:14
728 x 90

Gəncədə verilən ən böyük dərs...

img

Bərpaolunmaz itkilər bahasına olsa da, polis Gəncədə öz peşəkar bacariqlarına və təmkinli reaksiya qabiliyyətinə sadiq olduğunu ön plana qoya bildi.

Çox qısa müddətdə aldadılmış kiçik kütləni hadisə yerindən uzaqlaşdırmaq və bu zaman o kütlənin icindəki aldadılmışların özlərinin də həyati xəsarətlərdən yan keçirmək həqiqətən peşəkarlıqdı. Kimini polis bölməsinə gətirməklə, kimini inandırmaqla, kimini sadəcə qorxutmaqla hadisə yerindən uzaqlaşdırmaq teqdirəlayiq nəticələrdi. Hər kəs bir anliga özünü iki polis polkovnikinin qətlə yetirildiyi həmin hadisənin icində tesəvvür etsə, oradakı polislərin qətiyyətli və qanuni tədbirləri nə qədər təmkinlə gördüklərinin fərqinə vara bilər. Gözünün qabağinda sənin paqon yoldaşlarını öldürən həmin adamların metodlarına əl atmamaq, cinayətkar da yaşamaq haqqına malikdir prinsipini əldən verməmək, o cinayətkarların sadəcə qolunu burub ədalətə sağ-salamat təhvil vermək polislər üçün həqiqətən misilsiz təmkin nümunələri sayıla bilər. Qızışdırımış gözüqanli kütlənin içinə əliyalin getmək isə insanlarla ünsiyyətdən çəkinməyən,hetta ən radikal adamları belə adamlığa gətirə biləcəyinə möhkəm inanan polis nümunələri kimi diqqəti cəlb edir. heç bir cəmiyyət radikallardan, xüsusən də dini radikallardan sığorta olunmayib. Dinsiz-imansızlar cəmiyyətində hamı radikal ola biler. Ancaq dini inanclara vacib önəm verilən Azərbaycan cəmiyyətində tək-tək, azsaylı adamların radikallaşması mümkündü. Necə ki, radikallaşaraq cızıqdan çıxdılar da, cəzalarını aldılar da... Yeni qara planları işləmədi, heç bir ictimai dəstək tapa bilmədilər, bütün cəmiyyətin nifrətini qazandılar, ölkədə sabitliyi poza bilmədilər, nece deyərlər, öz səslərinə elə öz qulaqları tutuldu. Bunun səbəbləri maraqlıdı və  cinayətkar təhriklərə uyan həmin adamlar bəlkə özləri də məhz həmin anda başa düşdülər ki,  Azərbaycanda  sabitlik bir başçının gullələnməsi, iki polisin namərdcəsinə öldürülməsi ilə pozulacaq qədər kövrək deyil, bir sistem halını alaraq bərkiyib. Bu sistemin mahiyyəti ölkədəki sabitliyə bütün cəmiyyyətin dəyər kimi baxması, ölkənin hüquq-mühafizə orqanlarının düzgün idarə olunması, xalqdan dəstək alması və ən əsası, hakimiyyət- xalq münasibətlərinin qarşılıqlı etimada söykənməsindədir.

Məncə, son Gəncə hadisəsində bizim bir dövlət, cəmiyyət və polis olaraq bütün bədxahlara verdiyimiz ən böyük dərs budur...

Aydın QULİYEV

Son xəbərlər