16/08/2018 13:52
728 x 90

Ədliyyə naziri Fikrət Məmmədov Salyanda vətəndaşları qəbul edib

img

Mayın 16-da ədliyyə naziri Fikrət Məmmədov Salyan rayonu Heydər Əliyev Mərkəzində Salyan, Neftçala və Hacıqabul rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Bakı Xəbər”ə verilən məlumata görə, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.

Müşavirədə Prezident İlham Əliyevin andiçmə mərasimində proqram xarakterli çıxışından irəli gələn vəzifələr diqqətə çatdırılıb, ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunub, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı və digər konkret göstərişlər və tövsiyələr verilib.

Son xəbərlər