19/07/2018 05:58
728 x 90

İrəvanda vətəndaş itaətsizliyi başladı – mitinqçilər şəhərin mərkəzini bağladı...

img

İrəvanda bazar ertəsi səhər saatlarından Serj Sarkisyanın Baş nazir postuna gətirilməsinə etiraz olaraq vətəndaş itaətsizliyi başlayıb.

Baki-xeber.com-un xəbərinə görə, “Mənim addımım” hərəkatının lideri, müxalifətçi deputat Nikol Paşinyanın planı üzrə şəhərin bütün mərkəsi küçələri blokadaya alınıb və bu səbəbdən paytaxtda nəqliyyat kollapsı yaranıb. Aksiya iştirakçıları mərkəzi küçələri bağlamaq üçün əsasən zibil konteynerlərindən istifadə edir. Bu səbəbdən İrəvanın mərkəzi böyük bir zibilxananı xatırladır. Lakin aksiya iştirakçıları etirazın dinc xarakter daşıdığını bəyan edir, sakinlərdən üzr istəyirlər.

Lakin bildirilir ki, bu həm də hakimiyyətə əzələ nümayişidir. “Onlar bilməlidir ki, Sarkosyan Baş nazir olarsa hansı güclə qarşılaşacaqlar”- Paşinyanın açıqlamasında deyilir.

Xatırladaq ki, Paşinyan aprelin 15-dən insanları vətəndaş iaətsizliyinə çağırır və bu fonda tələbə və gəncləri orta və ali məktəblərdə tətillər düzənləməyə, metronun fəaliyyətinə mane olmağa, şəhər nəqliyyatının işini iflic etmək məqsədilə yolları bağlamağa çağırır.

Son xəbərlər