27/04/2018 03:06
728 x 90

İrəvanda Sarkisyana qarşı “Serji inkar et” hərəkatı genişlənir

img

“Biz öz xalqımızı məyus edə bilmərik, bunu etsək Sarkisyandan və Respublika Partiyasından daha nifrətəlayiq duruma düşərik”.

Baki-xeber.com-un xəbərinə görə, bu sözləri şənbə günü İrəvanın Fransa meydanında təşkil etdiyi sutkalıq mitinqdə müxalif lider Nikol Paşinyan səsləndirib. Gecəni meydanda keçirəcəyini deyən müxalif lider ona qoşulanları alqışlayacağını deyib. Xəbərə görə, İctimai radiodan birbaşa efir tələb edən Paşinyan daha öncə başının dəstəsilə radionun yerləşdiyi binaya hücum edib, lakin dəstənin binaya soxulmasının qarşısı alınıb. Bundan sonra binaya gələn elektrik kəsilib. Daha sonra radiodan əlini üzən erməni müxalif lider mitinqdə iştirak edən KİV üzərindən xalqa müraciət edib. “Mənim addımım” və “Serji inkar et” təşəbbüs qrupları adından çıxış edən Paşinyan televiziyaların insanları informasiya blokadasında saxladığını deyib və Serj Sarkisyanın Baş nazir postuna gətirilməsinə etiraz etmək üçün xalqı mitinqə səsləyib.

Son xəbərlər