27/04/2018 03:13
728 x 90

BMT TŞ Rusiyanın Suriya qətnaməsini qəbul etmədi...

img

Rusiyanın Suriyada aqressiyanın dayandırılmasına çağıran qətnaməsi BMT Təhlükəsizlik Şurasında qəbul olunmayıb.

Baki-xeber.com-un xəbərinə görə, qətnamə layihəsini Rusiyanın özündən başqa yalnız Boliviya və Çin dəstəkləyib. Dörd ölkənin nümayəndə heyəti isə səsvermədə bitərəf qalıb.

Daha öncə Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattr bəyan edib ki, Suriya ərazisində birgə əməliyyat həyata keçirən ABŞ, Fransa və Britaniya Təhlükəsizlik Şurasına Suriya böhranı ilə bağlı qətnamə yəqdim edəcək.

Xatırladaq ki, aprelin 13-də axşam saatlarında ABŞ prezidenti Donald Tramp Suriya rejiminin kimyasal hücumuna qarşılıq olaraq vurulması barədə əmr verib. Əməliyyata İngiltərə və Fransa da qoşulub.

 

Son xəbərlər