27/04/2018 03:07
728 x 90

Suriyaya xəbərdarlıq bombardmanının ardından ABŞ-dan açıqlama gəldi

Pentaqon sonrakı addımların Əsədin davranışından asılı olduğunu bəyan etdi

img

ABŞ-ın sonrakı addımları Suriya prezidenti Bəşər Əsədin bundan sonrakı davranışından asılı olacaq.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə Pentaqonun mətbuat katibi Dana Uaytın açıqlamasında deyilir. Mətbuat sözçüsü açıqlamasında onu da deyib ki, ABŞ Suriya ilə konflikt istəmir, lakin beynəlxalq qanunların nümayişkaranə formada pozulmasına da göz yummaq niyyətində deyil. Mətbuat sözçüsü deyib ki, ABŞ-ın Suriyadakı missiyasının məqsədi bu ölkəni vətəndaş müharibəsinə sürükləmək deyil, burada “İslam dövləti” terrorçu təşkilatının axırına çıxmaqdır.

Suriya ərazisinə atılan raket zərbələrinə gəldikdə, xanım sözçü deyib ki, bu, “Suriya rejiminə kimyasal silah istifadəsindən çəkinmək üçün birmənalı mesajdır”. “Biz məqsədimizə çatdıq və kimyasal proqramın tam mərkəzinə zərbə endirdik. Bu o deməkdir ki, missiya yerinə yetirilib” – deyə o bildirib.

Pentaqonun mətbuat sözçüsü Rusiyanın da ünvanına çağırış səsləndirib. Bildirib ki, Rusiya məsuliyyətini dərk etməli, Əsədin kimyasal proqramdan birdəfəlik əl çəkməsi üçün üzərinə düşəni etməlidir.

Son xəbərlər