27/04/2018 03:09
728 x 90

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

img

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin zəngin təcrübəniz və peşəkarlığınız ölkənizin vətəndaşlarının rifahı naminə daha böyük tərəqqiyə nail olmağa imkan verəcəkdir.

Bosniya və Herseqovina Azərbaycanın səmimi dostudur və Siz qarşılıqlı əməkdaşlığın dərinləşməsinə və birgə layihələrin gerçəkləşməsinə töhfə verəcəyimizə əmin ola bilərsiniz.

Cənab Prezident, sevindirici haldır ki, Siz yeni prezidentlik dövründə tezliklə Bosniya və Herseqovinaya səfər edəcəksiniz. Bu, heç şübhəsiz ki, xalqlarımız arasında əməkdaşlığın və ənənəvi dostluğun daha da möhkəmlənməsinə töhfə olacaqdır.

Bir daha Sizə dərin ehtiramımı ifadə edirəm".

XXX

Latviya Respublikasının Prezidenti Raymonds Veyonisdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrik məktubunda deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Latviya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin son illərdə sürətlə inkişaf etməsindən olduqca məmnunam. Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan ilə Latviya arasındakı əməkdaşlığın bundan sonra daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bir daha bəyan edirəm.

Zati-aliləri, icazə verin, Sizə ən dərin ehtiramımı və ən xoş arzularımı bildirim".

XXX

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi Serb Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan vətəndaşlarının rifahı naminə gördüyünüz işlər ölkənizin qarşıdakı illərdə daha yüksək nailiyyətlər qazanmasına imkan verəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Serb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək əzmində olduğumu bir daha vurğulamaq istərdim.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayır və dərin ehtiramımı ifadə edirəm".

XXX

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Vətənimizdə keçirilən prezident seçkilərində tarixi qələbəniz münasibətilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun çoxminli üzvləri adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycandan kənarda yaşayan soydaşlarımız əmindirlər ki, Vətənimizin çiçəklənməsi, ölkəmizin iqtisadi inkişafının gücləndirilməsi, sabitliyin qorunması, xüsusən də diaspor quruculuğu istiqamətində fəaliyyətinizi bundan sonra da əzmlə davam etdirəcəksiniz.

Bir daha əmin olun ki, xaricdə, xüsusilə də Ukraynada yaşayan azərbaycanlılar Vətənimiz Azərbaycanın daha da inkişafı istiqamətində atdığınız hər addımda yanınızdadırlar.

Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, xalqımıza sülh və firavanlıq arzu edirik".

XXX

“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatının sədri, Novosibirsk Vilayətinin Qanunverici Məclisinin deputatı Mayis Məmmədovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində layiqli qələbəniz münasibətilə təbrik edirəm. Azərbaycan əhalisinin böyük əksəriyyəti sabitlik və mütərəqqi inkişaf yolunun davam etdirilməsinə səs verdi.

Sizin zəngin təcrübəniz, peşəkarlığınız, qarşıda duran son dərəcə mühüm vəzifələri uğurla həll etmək bacarığınız Azərbaycan Respublikasının bundan sonrakı inkişafı üçün də zəmin olacaqdır. Azərbaycan ilə Rusiya arasında konstruktiv əməkdaşlığın davam edəcəyinə ümidvaram.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və bütün təşəbbüslərinizdə uğurlar arzulayıram".

XXX

Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərovdan İlham Əliyevə təbrik məktubu gəlib:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının kollektivi adından ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi islahatların, Azərbaycanın xarici siyasət kursunun xalq tərəfindən hərtərəfli dəstəkləndiyini göstərir.

Sizin rəhbərliyinizlə Azərbaycanın imici dünyada ən yüksək zirvəyə qalxıb.

Dağıstan azərbaycanlıları qardaş Azərbaycanın uğurlarından həmişə qürur duyur. Biz fəxr edirik ki, Dərbənddə mərkəzi küçələrdən birinə ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin adı verilib. Heydər Əliyev Fondu şəhərimizdə məktəbləri abadlaşdırıb.

Biz Dərbənddə Azərbaycan Teatrının inkişafına Sizin töhfənizə və dəstəyinizə görə çox minnətdarıq və bunu yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, sülh, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm".

XXX

Afrikadakı “Paramount Group” şirkətinin icraçı direktoru Ayvor İçikovitzdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə yeni uğurlar diləməkdən olduqca məmnunam.

Seçkilərdəki parlaq qələbəniz münasibətilə Sizi “Paramount Group” şirkəti adından və şəxsən öz adımdan təbrik edir, gözəl ölkənizə dəstəyimizi əsirgəməməyə sadiq olduğumuzu bildiririk.

Azərbaycan Respublikası ilə əməkdaşlığımızı daha da genişləndirmək məqsədilə strateji qərar qəbul etmişik və Sizin ölkənin inkişafı naminə irəli sürdüyünüz təşəbbüslərə dəstək olaraq müəssisəmizin ölkənizdə digər hansı sahələrdə sərmayə yatıra biləcəyi və ən müasir texnologiyaları təklif edəcəyi imkanlarını araşdırmaq niyyətindəyik".

XXX

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə Şimali Qafqaz Müsəlmanlarını Əlaqələndirmə Mərkəzi adından səmimi təbriklərimizi çatdırım.

Siz çoxmillətli və çoxkonfessiyalı Azərbaycan xalqının mənəviyyatının və vətənpərvərliyinin inkişafının qarantısınız.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası müxtəlif sahələrdə sanballı uğurlar qazanıb. Siz prezident vəzifəsində olduğunuz dövrdə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda milyonlarla həmvətəninizin hörmətini qazanmısınız.

Sizə Azərbaycan Respublikasının və onun xalqının inkişafı naminə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən yeni-yeni zəfərlər, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirik".

XXX

ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri Aleksis Şahtaxtinskidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib:

"2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində mürəkkəb beynəlxalq şəraitdə başlanan yeni 7 illik prezidentlik mandatınız Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi ilə əlamətdar olacaq, ölkənin iqtisadi inkişafına yeni təkan verəcək, onun suverenliyinin qorunub saxlanması və ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrin möhkəmlənməsinə xidmət edəcək.

Azərbaycan xalqı Sizin son 15 ildə apardığınız böyük dövlətçilik işini, xüsusən əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə və dövlətimizin dünya arenasında nüfuzunun artmasına (buna görə mən peşəkar diplomat kimi çox fəxr edirəm) Sizin şəxsi töhfənizi yüksək qiymətləndirib. Şəxsən mən dünən ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçkilərində iştirak etdim və bu, mənim həyatımda ən mühüm hadisələrdən biri oldu.

Əminəm ki, Siz xalqın yüksək etimadına güvənərək Azərbaycanın uğurlarını daha da artıracaqsınız. Bu işdə əlimdən gələn köməyi etməyə hazıram. Mənim üçün çətin vaxtda mənə göstərilmiş dəstəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm və bundan sonra da Sizin sərəncamınızdayam.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli və şərəfli vəzifənizdə yeni uğurlar arzu edirəm. Azərbaycan xalqına Sizin rəhbərliyinizlə sülh və firavanlıq diləyirəm.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 100 il, müstəqilliyimizin bərpasından və ölkəmizin tamamilə dağılmaqdan xilas olmasından 25 il sonra Azərbaycan qətiyyətlə irəli gedir. Bu gün bütün bunlar Sizin xidmətinizdir. Ulu Tanrı bundan sonra da ali dövləti vəzifənizi yerinə yetirməkdə Sizə kömək olsun".

XXX

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Sizi 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından təbrik edir, doğma Azərbaycan naminə çoxşaxəli, coşqun və cəsarətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik. Bu inamlı qələbə xalqın Sizə sonsuz etimadının və siyasi iradəsinin ifadəsidir.

Sizin zəngin siyasi təcrübəniz, ulu öndər Heydər Əliyev dövlətçilik ənənələrinə sədaqətiniz, şübhəsiz ki, türkdilli dövlətlər arasındakı çoxtərəfli əməkdaşlığın möhkəmlənməsində, türk dünyasının ayrılmaz hissəsi olan müasir müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun daha da artırılmasında bundan sonra da mühüm rol oynayacaqdır.

Hörmətli cənab Prezident, Sizin bu seçkilərdəki qələbəniz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə olan ən böyük töhfədir. Sizə möhkəm cansağlığı, xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq".

XXX

Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin sədri Ali müfti Talqat Səfa Tacuddindən İlham Əliyevə təbrik məktubu gəlib:

"Xalqın iradəsi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsi adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Həqiqətən də Rusiyanın ənənəvi dostu olan bir dövlətin ali vəzifəsinə yenidən seçilməyiniz Sizin simanızda atanız Heydər Əliyevin layiqli varisini və işinin davamçısını görən, Sizi öz xalqını sevimli Vətənin – Azərbaycan Respublikasının gələcək tərəqqisi və rifahı yolunda yeni-yeni uğurlara və qələbələrə doğru ləyaqətlə aparan bir ümummilli lider kimi qəbul edən bütün Azərbaycan xalqının səmimi iradəsinin təzahürüdür.

Ölkənizin və Müstəqil Dövlətlər Birliyinin parlaq təmsilçisi və tanınmış lideri kimi Siz öz şərəfli əmək bioqrafiyanızda müasir Azərbaycanın davamlı sosial-iqtisadi inkişafının ana xəttini müəyyənləşdirən bir sıra mühüm nailiyyətlər əldə etmiş və bununla da xalqınızın yüksək etimadını qazanmısınız. Azərbaycan xalqının ümidləri İslamın ümumbəşəri və ənənəvi dini dəyərləri ilə vəhdət təşkil edərək yeni işıqlı gələcək qurmağa yönəlmişdir ki, bu gələcəyin də bünövrəsi İmana sədaqət və Vətənə xidmət, bütün dünyada sülhün bərqərar olmasıdır.

Biz Rusiya müsəlmanları öz tərəfimizdən ümid edirik ki, ulu babalarımızın vahid mənəvi və mədəni irsinə, ölkələrimizin xalqlarının qardaşlıq münasibətlərinin çoxəsrlik tarixinə, ekstremizmi və beynəlxalq terrorizmi qəbul etməməyə əsaslanan Rusiya–Azərbaycan mehriban qonşuluq münasibətləri bundan sonra da qorunub saxlanılacaq və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, bir daha Sizə öz ehtiramımızı bildirək və Azərbaycanın yeni tarixindəki bu əlamətdar hadisə münasibətilə mömin rusiyalılar adından Sizə ünvanlanmış ən səmimi təbriklərimizi çatdıraq. Sizə möhkəm cansağlığı arzulayırıq, Vətəninizin rifahı və bütün dünyada sülh naminə xeyirxah niyyətlərinizdə və nəcib əməllərinizdə Uca Allah yardımçınız və himayədarınız olsun.

Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayırıq!"

XXX

“Azərbaycan-Ukrayna sahibkarları və sənayeçiləri” Cəmiyyətinin sədri Əli Əliyevdən İlham Əliyevə təbrik məktubu gəlib:

"İcazə verin, ölkəmizdə keçirilmiş prezident seçkilərində inamlı qələbə münasibətilə Sizi “Azərbaycan-Ukrayna sahibkarları və sənayeçiləri” Cəmiyyəti adından səmimi qəlbdən təbrik edək və Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətinizdə yeni uğurlar arzulayaq.

Doğma Azərbaycanımızda sabitliyin, əmin-amanlığın qorunması, ölkəmizin daha da inkişafı, tərəqqisi, beynəlxalq nüfuzunun artması istiqamətində həyata keçirdiyiniz müdrik siyasəti dəstəkləyir və bu yolda hər zaman Sizin yanınızdayıq. İş adamları cəmiyyəti olaraq bundan sonra da Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının güclənməsində səylərimizi əsirgəməyəcəyik.

Sizə möhkəm cansağlığı, uğurlar diləyir və səmimi arzularımızı çatdırıram".

XXX

Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqının sədri Vano Mtvralaşvilidən və Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqı sədrinin müavini Vaxtanq İobaşvilidən İlham Əliyevə təbrik məktubu gəlib:

"Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqı adından Sizi Azərbaycan Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edirik. Sizə xoşbəxtlik, cansağlığı, xalqınıza firavanlıq arzu edirik".

XXX

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan İlham Əliyevə təbrik məktubu gəlib:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilər nəticəsində Azərbaycan xalqı dünya birliyində layiqli yer tutan, Sizin müdrik və uzaqgörən rəhbərliyiniz ilə firavanlaşan ölkənizin qarşısında görkəmli xidmətlərinizə yüksək etimad göstərdi. Əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz elmin, təhsilin və səhiyyənin daha da inkişaf etməsinə, ölkələrimizin dostluq əlaqələrinin möhkəmlənməsinə şərait yaradacaq.

Sizə və Azərbaycan Respublikasının xalqına cansağlığı, sülh və firavanlıq, yeni qələbələr arzu edirəm".

Son xəbərlər