12/12/2018 19:14
728 x 90

MŞ bu seçkilərdə medianın fəaliyyətində də çox müsbət tendensiyaların göründüyünü bəyan etdi - FOTO

img

Azərbaycan Mətbuat Şurası aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində (KİV) apardığı monitorinqin nəticələrini açıqlayıb. Ötən gün bununla bağlı Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirdi ki, KİV-lər bütün namizdlərə bərabər yanaşıblar: “Azərbaycan mediası aprelin 11-də keçirilmiş prezident seçkilərində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar şəkildə işıqlandırıb. Kütləvi informasiya vasitələrində - telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında təbliğat xarakterli 1051 material yayımlanıb. Yayımlanan materialların sayı kifayət qədər çoxdur. Mətbuat Şurası tərəfindən əsasən təbliğat xarakterli materialların monitorinqi aparılıb. "Sükut günü"ndə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslərlə bağlı kütləvi informasiya vasitələrində 4-ü qəzet, 7-si agentlik və xəbər portalı olmaqla, 11 mənfi material yayımlanıb: "Televiziyalarda prezidentliyə namizədlər haqqında əsasən müsbət və bitərəf materiallar işıqlandırılıb. KİV-lər prezident seçkisini işıqlandırarkən Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, “KİV haqqında” Qanun, jurnalistlərin peşə etikası kodeksindən irəli gələn tələblərə riayət ediblər.

11 aprel prezident seçkilərində iştirak edən namizədlərdən 4-ü Milli Məclisin üzvüdür. 6 televiziya kanalında  namizədlər haqqında yayımlar verilib. Təbliğat materialları digər qəzet və elektron xəbər portallarında yayımlanıb. KIV-lərdə aparılan monitorinqlərdə, yayımlanan məlumatlarda heç bir nöqsana rast gəlinməyib. Mediada heç bir namizədə etikadan kənar münasibət qeydə alınmayıb. Heç bir namizədə qərəz göstərilməyib. Namizədlərin tərəfsizliyi qorunub. Ümumi götürsək, media orqanları prezident seçkilərində uğurlu işə imza atıblar".

Şura sədrinin sözlərinə görə, Mətbuat Şurasında prezident seçkiləri ilə əlaqədar “qaynar xətt” fəaliyyət göstərib: "Səsvermə zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının “qaynar xətt”inə 1 müraciət daxil olub. “İnter.az telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb.

Monitorinq zamanı sosial şəbəkələrdə etik qaydaların pozulması qeydə alınıb. Məsələn, hansısa media orqanı yazdığı xəbəri sosial şəbəkədə paylaşıb və həmin məlumatın altında etik normalara cavab verməyən şərhlər yazılıb. Bu, monitorinqdə qeydə alınmayıb. Çünki bu, sosial şəbəkəyə aid məsələdir. Birmənalı olaraq bəyan edirəm ki, televiziyalarda namizədlərə bitərəf münasibət göstərilib və heç bir neqativ hala rast gəlinməyib”.

Günel CƏLİLOVA mayoru

Son xəbərlər