23/09/2018 20:55
728 x 90

MSK sədri seçkilərə görə Bakıya gəlmiş daha bir beynəlxalq statuslu heyəti qəbul etdi

img

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

MSK-dan Trend-ə verilən məlumata görə, M.Pənahov ATƏT Parlament Assambleyasının üzvü və koordinatoru, Portuqaliyadan olan millət vəkili xanım Nilza de Senanı və nümayəndə heyətini salamlayaraq prezident seçkiləri ərəfəsində keçirilən görüşdən məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığına hər zaman xüsusi əhəmiyyət verdiyini bildirib.

O qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının daha da təkmilləşməsində mühüm əhəmiyyət kəsb edir.

Səmimi qəbula görə minnətdarlığını bildirən xanım Nilza de Sena Azərbaycan Respublikasının seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri və seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb. Qonaqların suallarını cavablandıran MSK sədri seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün görülmüş işlərdən ətraflı danışıb və həyata keçirilmiş genişmiqyaslı layihələri nümayəndə heyətinin diqqətinə çatdırıb.

Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər