12/12/2018 19:12
728 x 90

Əli Həsənov partiyalara, media orqanlarına səsləndi…

“Azərbaycan dövlətindən şəffaf maliyyələşmək yaxşıdır, ya gizli və çirkin xarici qrantlardan…”

img

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərin qurultayında çıxış edib.

Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələrinin Azərbaycanda uğurla inkişaf etdiyini bildirən Əli Həsənov deyib ki, bu gün burada səsvermə keçirildi, hər kəs hər şeyi gördü: ”Kimin nə deməsindən asılı olmayaraq, bu gün Azərbaycan mediasından kənara atılmış müəyyən nümayəndələr bu qurultay, burada seçiləcək yeni heyət, sizin jurnalist fəaliyyətiniz haqqında da mənfi rəy formalaşdırmağa çalışacaqlar. Bundan qorxmayın, buna qeyri-adi hal kimi baxmayın. Nə qədər ki cəmiyyət, insanlar, həyat var, opponentlər də olacaq. Sadəcə olaraq, onlara opponent kimi baxın, onlara sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etmələrindən asılı olmayaraq, Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın”.

Prezidentin köməkçisi deyib ki, ölkədən qaçan bəzi şəxslər bu gün Azərbaycanın rəmzlərini təhqir edir. Həmin şəxslərə olduqları xarici ölkələrin pasportları verilərək, Azərbaycana qarşı təlimatlandırılırlar. Xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə çirkab yağdırır. Azərbaycan mətbuatında isə bir susqunluq var. Buna jurnalistlər xüsusi diqqət yetirməlidir. Mətbuat milli dəyərlərimizi, milli rəmzlərimizi müdafiə etməlidir. Azərbaycanı təhqir edən insanlardan valideynləri də imtina edib. Həmin adamlar “Facebook”un imkanlarından istifadə edərək, Azərbaycana irinli çirkab yağdırırlar. Həmin adamlara müqaviməti ilk olaraq media göstərməlidir.

Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühitinin yarandığını vurğulayan Əli Həsənov bildirib: “Bunun nəyi pisdir? Əgər Azərbaycan dövləti vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistikanın və digər kateqoriyadan olan insanların maliyyələşməsi, maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə edirsə, bunun nəyi pisdir? Nəyə görə öz dövlətinin milli sərvətindən pay almaq qəbahət hesab olunmalıdır? Bu məsələdə opponentlik etmək istəyənlərə qarşı siz öz münasibətinizi sərgiləyə bilərsiniz. Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma antiazərbaycan fəaliyyəti, sizi dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri ilə Azərbaycana yönələn xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal hal hesab olunmalıdır? Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər".

Mətbuat Şurasının reket nəşrlərlə bağlı “qara siyahı” hazırladığını xatırladan Ə.Həsənov reket nəşrlərdə çalışanları doğru yola dəvət edərək deyib: “Olan və olmayan kompromatları toplayıb insanları şantaj etmək yaxşı hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram. Mətbuat Şurası qəbul etdiyi etik normaları müdafiə etməlidir. Hesab edirəm ki, “Mətbuat Şurası haqqında” qanun qəbul edilməsinin zamanı çatıb”.

Prezidentin köməkçisi partiyaların dövlətdən dəstək almasına etirazın da düzgün olmadığını qeyd edərək deyib ki, təminatı olan siyasi partiyaların parlamentdə təmsil olunaraq dövlətdən dəstək alan partiyaları ittiham etməyə haqqı yoxdur:”Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyalarına ki, Azərbaycanın qanunları çərçivəsində bu gün parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar. Bunun nəyi pisdir? Amma o partiyalar ki, maliyyə mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız”.

Baki-xeber.com

Son xəbərlər