20/09/2018 05:35
728 x 90

ATƏT-in 30 nəfərlik seçki missiyası martın 15-dən Azərbaycanda fəaliyyətə başlayacaq

İlk bəyanat gəldi - "Bizim məqsədimiz Azərbaycanda prezident seçkilərinə müdaxilə etmək deyil"

img

ATƏT-in müşahidəçilər qrupunun Azərbaycanda olmasının əsas səbəbi seçkilərə müdaxilə etmək yox, prezident seçkilərinin obyektiv qiymətləndirilməsidir. “Trend”in məlumatına görə, bunu Bakıda mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri Korien Yonker deyib.

O qeyd edib ki, müşahidəçilər bütün seçki prosesini - seçki məntəqələrinin açılmasından səslərin sayılması və nəticələrin elan olunmasınadək - izləyəcək: “Əsas müşahidə komissiyası 10 ekspertdən ibarət olacaq, amma onlardan əlavə, seçkilərdə köməkçi müşahidəçi qrupları da iştirak edəcək. Xüsusilə martın 15-dən başlayaraq DTİHB-nin 20 uzunmüddətli müşahidəçisi Azərbaycanın regionlarında iş aparacaq. Bundan başqa, 280 qısamüddətli müşahidəçi seçki günü fəaliyyət göstərəcək. Ekspert və müşahidəçilər 19 ölkədən gələcək”.

K.Yonkerin sözlərinə görə, seçkilərdən sonra səsvermədən sonrakı günlərdə müvafiq prosesləri izləyən qrup ölkədə qalacaq.

O əlavə edib ki, DTİHB-nin uzunmüddətli müşahidəçiləri Azərbaycanın regionlarında hərəsində iki müşahidəçi olmaqla 10 qrupa bölünəcək: “Biz Azərbaycan hökuməti ilə səmərəli əməkdaşlığın şahidi olduq və ümid edirik ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək”.

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) fevralın sonunda Azərbaycana səfər edən ehtiyacların qiymətləndirilməsi missiyasının hesabatından sonra seçkiləri müşahidə etmək barədə qərar verib. Biz şadıq ki, Azərbaycandan müşahidə ilə bağlı dəvəti vaxtında almışıq". APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker Bakıda keçirdiyi mətbuat konfransında deyib.

K. Yonkerin sözlərinə görə, bu onlara seçkidən əvvəlki prosedurları da izləmək imkanı verir. "Müşahidə DTİHB metodologiyasına uyğun aparılacaq. ATƏT üzvü olan bütün ölkələr öhdəlik götürüb ki, seçkilərini ATƏT-in seçki öhdəliklərinə uyğun aparsın. Biz seçkilərə müdaxilə etməyəcəyik. DTİHB seçki polisi deyil, biz seçkilərin nəticəsi ilə maraqlanmırıq. Bizim üçün əsas məsələ seçki prosesinin şəffaf olmasıdır.

Seçki müşahidə missiyası 10 komanda ilə ölkənin bütün regionlarını əhatə edəcək. İlkin olaraq aralıq hesabat yayacağıq. Yekun hesabat isə seçki prosesi bitdikdən 8 həftə sonra açıqlanacaq", - deyə xanım Yonker bildirib.

Son xəbərlər