21/06/2018 19:41
728 x 90

Gültəkin Hacıbəylinin indiyədək mənşəyinə aydınlıq gətirmədiyi çoxsaylı mülkiyyətləri aşkarlanıb - FOTO

img

Avropa.info saytı keçmiş deputat Gültəkin Hacıbəylinin millət vəkili olduğu dövrdə dəyəri milyon manatlarla ölçülən çox sayda mülk ələ keçirdiyi barədə sensasion yazı dərc edib.

Hacıbəylinin deputat olduğu dövrdə sahibləndiyi mülklərin siyahısı böyük və maraqlıdır. Diqqət yetirək:

Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv metr sahəsi olan fərdi yaşayış evi;

Abşeron rayonu, Xırdalan şəhərində 60 sot torpaq sahəsi;

Goradil kəndində 30 sot torpaq sahəsi;

Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 torpaq sahəsi;

Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi;

Şamaxı rayonu, Qəleybuğurt kəndində 12 sot torpaq sahəsi;

Səbail rayonu, Şeyx Şamil küçəsində ofis;

Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında 178,18 kv metr sahəsi olan mənzil;

Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında 179,14 kv metr sahəsi olan mənzil;

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil;

Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil;

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 “A” ünvanında mənzil.

Göstərilən əmlakların hər birinin müafiq hüquqi sənədlərinin də surətini çap edən sayt araşdırmaları davam etdirdiyini və hələ yeni-yeni ünvanlarda olan obyektləri də üzə çıxaracağını bildirib.

Avropa.info saytı Gültəkin Hacıbəylinin sadaladığımız mülklərə sahib olduğunu təsdiq edən hüquqi sənədlərində bir qismini artıq üzə çıxarıb.

Məlum olub ki, mülklərin bir hissəsini atası Yunis Hacıyevin, bir hissəsini qardaşı Rauf Hacıyevin, digər hissəsini isə bacısı Aytən Hacıyevanın adına keçirib.

Mülklərin çoxunun eyni vaxtda əldə edilməsi və məhz Gültəkin Hacıbəylinin deputatlıq dövrünə təsadüf etməsi həmin mülklərin əsl sahibinin kim olduğunu müəyyənləşdirməkdə çətinlik yaratmır.

Belə ki, 2007-ci ilin 2 noyabrında Abşeron rayonu Mehdiabad qəsəbəsində 3 vətəndaşın 4 sotluq torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyatdan keçib. Bu vətəndaşlar isə Gültəkin Hacıbəylinin atası, qardaşı və bacısıdır.

2009-cu il 13 oktyabrda Goranboy rayonu 58-ci kvartalda 2 vətəndaşa hərəsi 8 sot olan 2 torpaq sahəsinin çıxarışı verilir. Bu dəfə də həmin mülkiyyətlərin sahibləri Gültəkin Hacıbəyli və onun atasıdır. Başqa bir sənəd isə Gültəkin Hacıbəylinin deputatlıq dövründə mülkiyyət hüquqlarını atası Yunis Hacıyevin adına qeydiyyatdan keçirdirdiyi Goranboy rayonunun Nadirkənd kəndindəki 5 hektarlıq torpaq sahəsinin sənədidir.

Maraqlıdır ki, sabiq deputat, hazırda isə radikal müxalifət sayılan AXCP-nin funksioneri Gültəkin Hacıbəyli mediada çıxan informasiyaları ilk əvvəl aqressivliklə təkzib etməyə, bu mülklərin ona məxsus olmadığını sübut etməyə çalışıb. Lakin sayt təkrar araşdırmalarla sabiq deputatın “mənim deyil” dediyi mülklərin “kupçalarını”da ələ keçirə bilib. Məsələn, Gültəkin Hacıbəyli millət vəkili olduğu dövrdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 2 torpaq sahəsini - 3,24 və 1,76 hektar olmaqla atasının adına, Xirdalandakı 60 sot torpaq sahəsini isə bacısının adına rəsmiləşdirib.

Razılaşaq ki, cəmi üç şəxsin – Gültəkin Hacıbəylinin qardaşı, artası və bacısının adında olan bu mülklər üst-üstə götürəndə milyonlarla manat dəyərində sərvətə çevrilir. Bu qədər mal-mülkün isə adi bir millət vəkilinin maaşı ilə ərsəyə gələcəyinə inanmaq sadəlövlük olardı. Belədə bu sərvətlərin hansı yolla əldə edildiyi barədə ortaya çıxan suallar çox əsaslı görünür. Sərvətin mənbəyi kimi Gültəkin Hacıbəylinin öz deputat səlahiyyətlərindən sui-istifadəsi, korrupsiya və sair düşünülə bilər.

Bütün hallarda orası tam aydındır ki, indiyə qədər bu sərvətlərin əsl mənbəyi barədə hər hansı şəffaf izah verilməyib. Əslində verilə də bilməz. 2010-lu ilədək qüdrətli şəxs sayılan “xanım-deputat” hardan biləydi ki, həmin il keçirilən seçkilərdə Milli Məclisə düşə bilməyəcək və ambisiyalarına əsir olaraq radikal düşərgəyə adlayacaq…, sonda isə deputatlıq dövründə əldə etdiyi sərvətlərin mənbəyini izah edə bilməyərək cavabsız bir durumda qalacaq…

Bakı-xeber.com

 

Son xəbərlər