25/06/2018 17:39
728 x 90

Ədliyyə naziri Fikrət Məmmədov Cocuq Mərcanlıda vətəndaşları qəbul etdi - FOTO

img

Fevralın 23-də ədliyyə naziri Fikrət Məmmədov Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı, həmçinin, bölgənin ədliyyə işçiləri və hakimləri ilə müşavirə keçirilərək ədliyyə və məhkəmə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması qeyd edilib, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılmasının vacibliyi bildirilib.

Cocuq Mərcanlı kəndinə səfər çərçivəsində ədliyyə naziri və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Eyni zamanda işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində dövlət başçısının tapşırıqlarına uyğun olaraq qısa müddətdə görülmüş geniş quruculuq işləri, o cümlədən müasir infrastruktur, həmçinin yeni tikilmiş məscid və məktəb binası ilə tanış olunub, binada ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyulub, Ədliyyə Nazirliyi tərəfindən məktəb üçün kompüter dəsti hədiyyə edilib. Həmçinin, yerli sakinlərlə görüşülərək onların şəraiti və qayğıları ilə maraqlanılıb, sovqatlar paylanılıb.

Sakinlər kənd azad edildikdən sonra Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cocuq Mərcanlı kəndinin yenidən qurulduğunu, insanların təhlükəsiz yaşayışının təmin edildiyini bildirib, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Baki-xeber.com

Son xəbərlər