13/12/2018 18:07
728 x 90

YAP İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün 50 min seçici imzasını MSK-ya təqdim etdi

img

Yeni Azərbaycan Partiyası (YAP) İlham Heydər oğlu Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını Azərbaycan Seçki Məcəlləsinin tələblərinə və Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qəbul edilmiş təlimata müvafiq olaraq, tələb edilən sənədlərlə birlikdə MSK-ya təqdim edib. Bu barədə Trend hakim partiyanın saytına istinadən məlumat verir.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanmalıdır. Yeni Azərbaycan Partiyası İlham Heydər oğlu Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib və kampaniyanı uğurla başa çatdırıb.

Xatırladaq ki, YAP-ın 2018-ci il fevralın 8-də VI Qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

Son xəbərlər