20/08/2018 06:38
728 x 90

ABŞ Azərbaycanda ədliyyə sahəsində islahatları dəstəkləmək üçün yeni layihəyə start verir

img

Fevralın 14-də Bakıda ABŞ Dövlət Departamentinin Beynəlxalq Narkotik və Hüquq Mühafizə Məsələləri üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” adlı yeni layihə təqdim olunacaq. Bu barədə Trend-ə Avropa Şurasının Bakıdakı ofisi məlumat verib. Layihənin ümumi büdcəsi 400.000 dollardır.

Layihə Avropa Şurasının İnsan Hüquqlarının Milli Səviyyədə İcrası Bölməsi (DG1) tərəfindən həyata keçiriləcək və 2018-ci ilin 31 dekabrınadək davam edəcək.

Layihənin əsas məqsədi Azərbaycanda ədliyyə islahatlarına dəstək vermək və insan hüquqlarının icrasını yaxşılaşdırmaqdır. Layihənin əsas vəzifələri Azəraycana insan hüquqlarının müdafiəsinə yönələn milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsində yardım etmək, cinayət qanunvericiliyini Avropa və beynəlxalq insan hüquqları normalarına uyğunlaşdırmaq və təlim-tədris tədbirlərini təşkil etməkdir.

Son xəbərlər