20/08/2018 06:38
728 x 90

“Bilinməyən Tarix, Nargin Adası Əsarəti” sənədli filmi TRT ekranlarında...

img

TRT Belgesel ötən il “BilinməyənTarix, Nargin Adası Əsarəti” adlı sənədli film çəkilişlərinə Bakı, Nargin Adası və Gəncədə start vermişdı.

Sənədli film I Dünya müharibəsində Nargin Adasında Rus Ordusu tərəfindən əsir götürülən Osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edir.

TRT sənədli filmin ərsəyə gəlməsində göstədikləri köməyə görə, başda Azərbaycan Dövlət Televiziyası olmaqla, Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu və əməyi keçən hər kəsə minnətdarlığını bildirir. Bu sənədli film Azərbaycan və Türkiyənin ortaq şanlı tarixinin bir parçası olaraq tarixlərdə yaşayacaq.

Sənədli film 17 fevral saat 21.30 – da TRT Belgesel kanalında yayımlanacaq.

Son xəbərlər