20/08/2018 06:39
728 x 90

Ankarada ABŞ səfiliyinin yerləşdiyi küçənin adı - “Zeytun budağı”...

img

Ankara Şəhər Bələdiyyəsinin başçısı Mustafa Tuna Böyükşəhər Məclisinə ABŞ səfirliyinin yerləşdiyi Nevzat Tandoğan Caddəsinin adının dəyişdirilərək “Zeytun budağı” adlandırılması təklifilə müraciət edib.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə bələdiyyə başqanı özünün Twitter hesabında yazıb və təklifi imzalayarkən çəkilən fotosunu paylaşıb. Paylaşımın altında isə “ABŞ səfirliyinin yerləşdiyi Nevzat Tandoğan Caddəsinin adını “Zeytun budağı”na dəyişmək üçün gərəkli təklifi imzaladıq. Bu axşam Ankara Böyükşəhər Məclisimizə təqdim edəcəyik. Xeyirli olsun, əziz şəhidlərimizin ruhu şad olsun" sözlərini yazıb.

Beləliklə, təklif qəbul olunarsa, ABŞ səfirliyi hər imzaladığı sənəddə ünvan olaraq “Zeytun budağı”nı xatırlamalı olacaq. 

Son xəbərlər