23/01/2018 23:46
728 x 90

Itkin düşmüş alpinistlərin axtarışları mürəkkəb reylefli yüksək dağ massivində aparılır

img

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları bu gün davam edib. Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinaədn xəbər verir ki, əməliyyatda FHN-nin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak edib.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır.

Əlavə məlumat veriləcək.

Son xəbərlər