22/11/2017 15:21
728 x 90

Lavrov Bakıda və İrəvanda Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu müzakirə edəcək

img

“Gələn həftənin əvvəlində İrəvan və Bakıya səfər etməyi düşünürəm”. APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a açıqlamasında deyib.

O bildirib ki, gündəliyə hər iki ölkə ilə ayrılıqda ikitərəfli əlaqələrin müzakirəsi daxildir: “Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu müzakirə edəcəyik”.

Görüşlər zamanı həmçinin regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulub.

Xatırladaq ki, S. Lavrov noyabrın 20-də Bakıya səfər edəcək.

Son xəbərlər