22/11/2017 15:20
728 x 90

Ermənistan ordusunda növbəti “ÇP”...

Artilleriyaçılar öz hərbi hissələrini atəşə tutdu

img

Ermənistan ordusunda yaşanan başıpozuqluq düşmən cəbhəsi üçün yeni problemlərə səbəb olub.

Baki-xeber.com-un xəbərinə görə, təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıb. Belə ki, minaatan  heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin  işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də,  hadisə ilə bağlı cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər