20/09/2017 18:54
728 x 90

Britaniyalı nazir əsrin yeni kontraktının imzalanması mərasimində iştirak etmək üçün Bakıya gəlir

img

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan Azərbaycana gəlir. Bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Onun sabah Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilənin imzalanması mərasimində iştirak edəcək.

2016-cı il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) AÇG-nin 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini imzalayıblar. Tərəflər həmçinin yataqlar blokunun 2050-ci ilədək işlənməsi üçün niyyət məktubu imzalayıblar.

Razılaşma AÇG-yə irihəcmli sərmayələrə və blokun işlənməsinin davam etdirilməsinə yol açacaq. Hazırda AÇG-də gündəlik neft hasilatı təxminən 620 min barreldir. Tərəfdaşlıq üzrə işləri BP idarə edəcək.

Son xəbərlər