23/11/2017 00:35
728 x 90

Türkiyə səfiri Azərbaycanda Nuru Paşanın abidəsinin ucaldılmasına dair təkliflərə münasibət bildirdi

"Ərdoğanın Azərbaycana səfərinin tarixi hələlik dəqiqləşməyib"

img

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral gələn il Qafqaz Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə əlaqədar Nuru Paşanın abidəsinin ucaldılması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, səfir deyib ki, Bakıda belə bir abidənin ucaldılmasını hər bir türk istəyir. E. Özoral ümid etdiyini deyib ki, Bakının azad olunmasının 100 illik yubileyi ərəfəsində bu, həyata keçər: “15 sentyabr tarixi ilə bağlı keçirilən tədbirlərdə Azərbaycandakı qardaşlarımız bu təklifi irəli sürürlər. Bu da bizi məmnun edir. İnanırıq ki, Bakının erməni və bolşeviklərdən azad edilməsinin yubileyi gələn il lazımi səviyyədə qeyd olunacaq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin tarixi hələlik dəqiqləşməyib. Bu barədə da Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ərdoğanın BMT Baş Assambleyasının iclasından sonra Azərbaycana gələcəyini bildirmişdi.

BMT Baş Assambleyasının 72-ci sessiyasının rəsmi açılışı sentyabrın 12-də Nyu-Yorkda keçiriləcək.

Ənənəvi müzakirələrin aparılması isə sentyabrın 19-dan 25-dək nəzərdə tutulur.

Ərdoğan 19-25 sentyabrda keçiriləcək müzakirələrdə iştirak edəcək.

Türkiyə prezidentinin Azərbaycana səfəri sentyabrın 10-11-nə nəzərdə tutulsa da, sonradan təxirə salınmışdı.

Son xəbərlər