18/10/2017 04:06
728 x 90

Azad olun­muş tor­paq­la­rı­mız­da Tür­ki­yə­nin bər­pa in­ves­ti­si­ya döv­rü baş­la­yır...

"Həm döv­lət, həm də özəl sek­tor bu işə bir­gə töh­fə­si­ni ver­mə­li­dir"

img

Rə­sul Ca­han­gir­li: "Türk iş adam­la­rı­nın hə­ya­ta ke­çi­rə­cək­lə­ri la­yi­hə­lər ora­da kənd tə­sər­rü­fa­tı­nın in­ki­şa­fı­na və ye­ni iş yer­lə­ri­nin açıl­ma­sı­na tə­kan ve­rə­cək"

 

Mə­lum ol­du­ğu ki­mi, Azər­bay­can-Tür­ki­yə Sə­na­ye­çi və İşa­dam­la­rı İc­ti­mai Bir­li­yi­nin səd­ri Ali İh­san Gen­çin rəh­bər­li­yi ilə nü­ma­yən­də he­yə­ti Qaç­qın­la­rın və Məc­bu­ri Köç­kün­lə­rin İş­lə­ri üz­rə Döv­lət Ko­mi­tə­sin­də olub. Tə­rəf­lər Cəb­ra­yıl ra­yo­nu­nun iş­ğal­dan azad edil­miş Co­cuq Mər­can­lı kən­din­də kənd tə­sər­rü­fa­tı ilə bağ­lı müx­tə­lif la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si ba­rə­də mü­za­ki­rə­lər apa­rıb­lar.

Gö­rüş­də nü­ma­yən­də he­yə­ti­nin üzv­lə­ri bil­di­rib­lər ki, on­la­rın məq­sə­di uzun il­lər­dən bə­ri is­ti­fa­də­siz qal­mış əki­nə ya­rar­lı tor­paq­la­rı ye­ni­dən əkin döv­riy­yə­si­nə qat­maq və kənd tə­sər­rü­fa­tı­nın önəm­li sa­hə­lə­rin­dən bi­ri olan hey­van­dar­lı­ğın in­ki­şaf et­di­ril­mə­si­nə dəs­tək ver­mək olub. Bu­nun üçün bir­lik­də iş­lə­yə­rək, ora­da ya­şa­yan sa­kin­lə­rin iş vər­diş­lə­ri­nin və do­la­nı­şıq im­kan­la­rı­nın bər­pa­sı­na na­il ol­maq va­cib­dir.

Gö­rüş­də qə­ra­ra alı­nıb ki, bu­nun­la əla­qə­dar ola­raq mü­tə­xəs­sis­lər­dən iba­rət bir­gə iş­çi qru­pu ya­ra­dıl­sın və hə­ya­ta ke­çi­ri­lə­cək la­yi­hə­lər­lə bağ­lı hər­tə­rəf­li mü­za­ki­rə­lər apa­rıl­sın.

Qeyd edək ki, bu gö­rüş­dən əv­vəl adı­çə­ki­lən nü­ma­yən­də he­yə­ti Co­cuq Mər­can­lı kən­di­nə sə­fər edib, kənd sa­kin­lə­ri ilə gö­rü­şə­rək hə­ya­ta ke­çir­mək is­tə­dik­lə­ri la­yi­hə­lər­lə bağ­lı fi­kir mü­ba­di­lə­si apa­rıb, on­la­rın rəy və tək­lif­lə­ri­ni din­lə­yib­lər.

Ümu­mi­lik­də, iş­ğal­dan azad olun­muş əra­zi­lər­də bu ki­mi la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nin əhə­miy­yə­ti­ni eks­pert­lər ne­cə də­yər­lən­di­rir?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən eks­pert Rə­sul Ca­han­gir­li­nin söz­lə­ri­nə gö­rə, be­lə bir­gə la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nin bir sı­ra əhə­miy­yə­ti var: "Əsas əhə­miy­yə­ti on­dan iba­rət­dir ki, bu hə­min əra­zi­də kənd tə­sər­rü­fa­tı­nın in­ki­şa­fı­na tə­kan ve­rə­cək. Nə­zə­rə al­maq la­zım­dır ki, döv­lət üzə­ri­nə gö­tür­dü­yü so­si­al öh­də­lik­lə­ri ye­ri­nə ye­ti­rir. Əra­zi düş­mən iş­ğa­lın­dan azad edil­dik­dən son­ra Co­cuq Mər­can­lı kən­din­də ya­şa­yış bər­pa olu­nub. Ye­ni ev­lər ti­ki­lib və in­fras­truk­tur ta­ma­mi­lə tə­zə­lə­nib. İn­sa­nın ya­şa­ma­sı üçün zə­ru­ri olan bü­tün va­si­tə­lər ora­da var. İn­di qa­lır əha­li­nin so­si­al və­ziy­yə­ti­nin da­vam­lı və da­ya­nıq­lı yax­şı­laş­dı­rıl­ma­sı ki, bu da komp­leks iş­lə­rin sa­yə­sin­də müm­kün­dür. Yə­ni həm döv­lət, həm də özəl sek­tor bu işə bir­gə töh­fə­si­ni ver­mə­li­dir. Özəl sek­to­run üzə­ri­nə dü­şən və­zi­fə kənd tə­sər­rü­fa­tı­nın in­ki­şa­fı­na dəs­tək ver­mək­dir. Fik­rim­cə, türk iş adam­la­rı­nın hə­ya­ta ke­çi­rə­cək­lə­ri la­yi­hə­lər ora­da kənd tə­sər­rü­fa­tı­nın in­ki­şa­fı­na və ye­ni iş yer­lə­ri­nin açıl­ma­sı­na tə­kan ve­rə­cək. Azad edil­miş əra­zi­lər­də məs­kun­laş­ma üçün tə­ləb olu­nan əsas fak­tor­lar­dan bi­ri iş yer­lə­ri­nin açıl­ma­sı­dır. Bu ba­xım­dan sö­zü­ge­dən la­yi­hə­nin əhə­miy­yə­ti bö­yük­dür".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər