12/12/2017 00:47
728 x 90

Ra­mil Usu­bov türk­mə­nis­tan­lı na­zir­lə trans­mil­li mü­tə­şək­kil ci­na­yət­kar­lı­ğa qar­şı mü­ba­ri­zə mə­sə­lə­lə­ri­ni mü­za­ki­rə et­di - FOTO

img

Av­qus­tun 8-də da­xi­li iş­lər na­zi­ri, ge­ne­ral-pol­kov­nik Ra­mil Usu­bov Türk­mə­nis­tan Pre­zi­den­ti Qur­ban­qu­lu Ber­di­mə­həm­mə­do­vun baş­çı­lıq et­di­yi nü­ma­yən­də he­yə­ti­nin tər­ki­bin­də res­pub­li­ka­mız­da rəs­mi sə­fər­də olan bu öl­kə­nin da­xi­li iş­lər na­zi­ri, po­lis ge­ne­ral-ma­yo­ru İs­gen­der Mu­li­ko­vu qə­bul edib.

Da­xi­li İş­lər Na­zir­li­yi­nin mət­bu­at xid­mə­tin­dən ba­ki-xe­ber.com-a ve­ri­lən mə­lu­ma­ta gö­rə, qo­na­ğı sa­lam­la­yan na­zir xalq­la­rı­mız ara­sın­da ço­xəsr­lik ta­ri­xi dost­luq və qar­daş­lıq əla­qə­lə­ri­nin möv­cud­lu­ğu­nu, hər iki pre­zi­den­tin - cə­nab İl­ham Əli­ye­vin və cə­nab Qur­ban­qu­lu Ber­di­mə­həm­mə­do­vun si­ya­si ira­də­si­nə uy­ğun ola­raq əmək­daş­lı­ğın bü­tün sa­hə­lər­də də­rin­ləş­di­yi­ni xü­su­si qeyd edib. Ba­kı­da apa­rı­lan yük­sək sə­viy­yə­li da­nı­şıq­la­rın, döv­lət baş­çı­la­rı­nın iş­ti­ra­kı ilə "Azər­bay­can Res­pub­li­ka­sı ilə Türk­mə­nis­tan ara­sın­da Stra­te­ji tə­rəf­daş­lıq haq­qın­da Bə­yan­na­mə"nin, müx­tə­lif sa­hə­lə­ri əha­tə edən hö­ku­mət­lə­ra­ra­sı sə­nəd­lə­rin, o cüm­lə­dən "Azər­bay­can Res­pub­li­ka­sı­nın Da­xi­li İş­lər Na­zir­li­yi və Türk­mə­nis­ta­nın Da­xi­li İş­lər Na­zir­li­yi ara­sın­da əmək­daş­lıq haq­qın­da" Sa­zi­şin im­za­lan­ma­sı­nın, xü­su­sən adı­çə­ki­lən bə­yan­na­mə­də əsas fak­tor­lar­dan və ele­ment­lər­dən bi­ri ki­mi təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri­nin öz ək­si­ni tap­ma­sı­nın əhə­miy­yə­tin­dən da­nı­şan R.Usu­bov öl­kə­lə­ri­miz ara­sın­da­kı meh­ri­ban qon­şu­luq və stra­te­ji tə­rəf­daş­lıq mü­na­si­bət­lə­ri­nin key­fiy­yət­cə ye­ni sə­viy­yə­yə qalx­ma­sın­dan, hər­tə­rəf­li in­ki­şaf və in­teq­ra­si­ya pro­ses­lə­ri­nin da­xi­li iş­lər or­qan­la­rı­nı da əha­tə et­mə­sin­dən məm­nun­lu­ğu­nu bil­di­rib.

Sə­mi­mi qə­bu­la və ət­raf­lı mə­lu­ma­ta gö­rə tə­şək­kür edən İs­gen­der Mu­li­kov im­za­lan­mış sa­zi­şin iki öl­kə­nin Da­xi­li İş­lər na­zir­lik­lə­ri ara­sın­da əmək­daş­lı­ğın da­ha da ge­niş­lən­di­ril­mə­si­nə ye­ni tə­kan və im­puls ve­rə­cə­yi­nə əmin­li­yi­ni, Türk­mə­nis­tan tə­rə­fi­nin bu is­ti­qa­mət­də öz səy­lə­ri­ni əsir­gə­mə­yə­cə­yi­ni vur­ğu­la­yıb.

Gö­rüş­də əmək­daş­lı­ğın prio­ri­tet is­ti­qa­mət­lə­ri və gə­lə­cək pers­pek­tiv­lə­ri, bey­nəl­xalq ter­ror­çu­luq, nar­ko­tik­lə­rin qa­nun­suz döv­riy­yə­si, ha­be­lə trans­mil­li mü­tə­şək­kil ci­na­yət­kar­lı­ğın di­gər növ­lə­ri ilə mü­ba­ri­zə, in­for­ma­si­ya mü­ba­di­lə­si­nin in­ten­siv­ləş­di­ril­mə­si, həm­çi­nin ye­ni im­za­lan­mış sa­zi­şin müd­dəa­la­rın­dan irə­li gə­lən öh­də­lik­lə­rin ic­ra­sı və qar­şı­lıq­lı ma­raq do­ğu­ran di­gər mə­sə­lə­lər də mü­za­ki­rə edi­lib.

Ba­ki-xe­ber.com

Son xəbərlər