21/07/2017 22:41
728 x 90

Ermənistan KTMT üzvlüyünün daha bir peşmançılığını yaşayır...

img

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə ildir üzvü olan Ermənistan bu müddət ərzində quruma üzvlüyünün “dadını çıxara” bilmədiyini az qala hər yaranan fürsətdə dilə gətirir.

Rusiyanın yarıxoş-yarızor istəyini yerinə yetirərək sözügedən təşkilata üzv olmaqla onun hərtərəfli dəstəyinə bel bağlayan İrəvan çox keçmədən bunun əslində səhrada ilğım kimi bir şey olduğunun fərqinə vardı. Üzvlüklə bağlı məyusluğunun pik nöqtəsini isə ötən ilin məlum aprel müharibəsi zamanı yaşadı. Maraqlıdır ki, KTMT-nin başına erməni Xaçaturyanın gətirilməsi də bu məyusluğu aradan qaldıra bilmədi. Bəlli oldu ki, elə Xaçaturyan da Rusiyanın adamıdır və Ermənistanın aprel uğursuzluğunun əsas səbəbkarı olaraq da erməni əksəriyyət onu görür. Beləliklə də onsuz da erməni ictimaiyyətinin simpatiyasını qazana bilməyən KTMT bu ölkədə bir daha qınağa çəkildi.

Bu günlərdə isə Ermənistanda bu təşkilata antipatiyanın yeni dalğası başlayıb. Buna isə Rusiyada iyun ayından sürücülük vəsiqəsilə bağlı tətbiq olunan yeni qaydalar əsas yaradıb. Belə ki, bu qaydalara görə, Rusiya hüdudlarından kənarda alınmış sürücülük vəsiqəsi artıq bu ölkədə işləməyəcək. Bu isə mal və məhsul daşınmasıilə məşğul olan iş adamlarından tutmuş, “taksovatlıq” edənlərə qədər bir çoxlarının Rusiya ərazisində biznesinin axsamasına, işsiz qalmasına yol açıb. Məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müvafiq komissiyası Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, üzv ölkələrin vətəndaşlarına bu məsələdə müstəsna hüquq tanınmasını istəyib.  Putinin bu istiqamətdə güzəşt təklifini qəbul etməsi isə təkcə ermənilərin üzünü güldürməyib. Belə ki, Rusiya prezidenti sözügedən güzəştlərin yalnız  rus dilinin dövlət dili olduğu KTMT ölkələrinin vətəndaşlarına şamil olunması barədə tapşırıq verib. Bu ölkələr isə Qazaxıstan, Qırğızıstan və Belarusdur.

Beləliklə də Ermənistan, regional layihələrdə olduğu kimi, burada da “offsayt” durumunda qalıb... 

SAMİRƏ

Son xəbərlər